Prime Cotton
Ana səhifə
/
/
/
Daxili traktorçu (İmişli İFT)

Daxili traktorçu (İmişli İFT)

Bu gün

14

Təsvir

  • Traktorun təhlükəsizliyini və texniki vəziyyətini daima nəzarətdə saxlamaq;
  • Traktora qoşulan qoşquların, su və yanacaq çənlərinin, eləcə də lafetlərdəki yüklərin daşınması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək;
  • Zavod və ya istehsal sahəsi daxilində yüklərin təhlükəsiz daşınmasını təmin etmək;
  • Traktorun əyləc sistemini, təhlükəsizlik cihazlarını və digər mexanizmlərini mütəmadi yoxlamaq;
  • Aşkar olunan texniki nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
  • İşə başlamazdan əvvəl texniki vəziyyəti və təhlükəsizlik sistemlərini yoxlamaq;
  • Texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək;
  • Zavod rəhbərliyinin göstərişlərini vaxtında və dəqiq yerinə yetirmək;
  • Traktorda kənar şəxslərin olmasına yol verməmək;
  • Yükləmə və daşınma zamanı traktorun yük götürmə normasına riayət etmək;
  • İdarəetmə zamanı sürət həddinə və hərəkət təhlükəsizliyi tələblərinə ciddi əməl etmək;
  • Xam pambığın emal məntəqələrinə daşınmasını təmin etmək;
  • Ehtiyac yarandıqda regional bazalardan və digər məntəqələrdən yüklərin gətirilməsini və daşınmasını həyata keçirmək;
  • Yanacaq və su çənlərini lazımi məntəqələrə təhlükəsiz şəkildə çatdırmaq.

Tələblər

  • Traktor idarə etmək hüququ verən müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır;
  • Traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi daima üzərində saxlanmalıdır;
  • Müvafiq sahədə ən azı 1–3 illik iş təcrübəsi;
  • Texniki biliklərə malik olmaq – traktorun quruluşu, nasazlıqların ilkin aşkarlanması və aradan qaldırılması qaydalarını bilmək;
  • Texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına dair anlayışa sahib olmaq və əməl etmək;
  • Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
  • Fiziki cəhətdən sağlam və açıq hava şəraitində işləməyə uyğun olmaq;
  • İş rejiminə və rəhbərliyin göstərişlərinə operativ şəkildə reaksiya vermək bacarığı;
  • Komanda ilə işləmə və əmək intizamına riayət etmə bacarığı;
  • Lazım gəldikdə ezamiyyətlərə və əlavə iş saatlarına uyğunlaşmaq imkanına malik olmaq.

Vakansiya haqqında

Son tarix

April 10, 2026

Paylaşılıb

mart 11, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Peşə təhsili

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı