Prime Cotton

Frezerçi

Dünən

136

Təsvir

Vəzifələri:


  • Texniki tapşırığa uyğun detalların frezer aparatında dəqiq və keyfiyyətli emalını həyata keçirmək.
  • Freze aparatını işə hazırlamaq, yoxlamaq və texniki baxış keçirmək.
  • Emal zamanı lazım olan kəsici alətləri seçmək və quraşdırmaq.
  • Çertyoj və ölçü cizgilərinə əsasən detalların ölçüsünü yoxlamaq.
  • Avadanlıqların və iş alətlərinin sazlığını qorumaq və nasazlıqları vaxtında ustaya bildirmək.
  • İş yerində səliqə-sahman yaratmaq və texniki təhlükəsizlik qaydalarına əməl etmək.
  • Emal olunmuş məhsulların keyfiyyətinə cavabdeh olmaq.
  • Lazım gəldikdə müxtəlif materialların emalı üçün uyğun kəsmə rejimlərini müəyyənləşdirmək.

Tələblər

Təhsil:

  • Orta ixtisas və ya texniki peşə təhsili (mexaniki emal, metal işləmə və ya uyğun ixtisas üzrə).

İş təcrübəsi:

  • Mexaniki emal sahəsində və ya frezer aparatında iş üzrə minimum 1-3 il iş təcrübəsi (təcrübəsiz, lakin ixtisaslı şəxslər üçün təlim imkanı verilə bilər).

Peşə bacarıqları və bilikləri:

  • Frezer aparatlarının quruluşunu və iş prinsipini bilməlidir.
  • Texniki çertyojları oxuya bilməlidir.
  • Ölçü alətləri (şanpalet, mikrometr, komparator və s.) ilə işləmə bacarığı olmalıdır.
  • Müxtəlif materialların kəsilmə xüsusiyyətlərini bilməlidir.
  • Kəsmə alətlərini düzgün seçmə və quraşdırma bacarığı olmalıdır.
  • İşin keyfiyyətinə diqqət yetirmə və ölçü dəqiqliyini qoruma bacarığı olmalıdır.


Vakansiya haqqında

Son tarix

July 23, 2025

Paylaşılıb

iyun 24, 2025

Vakansiya növü

Yarım ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Orta təhsil

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı