Prime Cotton
Ana səhifə
/
/
/
Qaynaqçı-montajçı

Qaynaqçı-montajçı

  • Prime Cotton
  • 95 Heydər Əliyev prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Dünən

100

Təsvir

  • İşə başlamadan öncə qaynaq aparatlarının, aqreqatlarının sazlığını və qaynaq məftillərinin izolyasiya olunmasını yoxlmaq;
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşya və predmetləri uzaqlaşdırmaq;
  • Elektrik qaynağı aparatlarının işə hazır vəziyyətə gətirmək;
  • Elektrik qaynağı işlərini həyata keçirmək və görülən işin keyfiyyətinə nəzarət etmək;
  • Tələbdən asılı olaraq müxtəlif qaynaq növlərində qaynaq etməyi bacarmaq;
  • Günlük iş planına və qaynaq proseduruna uyğun olaraq qaynaq etmək;
  • Qaynaq üçün istifadə ediləcək materialların düzgün ölçüsü, növü və sayını müəyyənləşdirmək, əldə etmək və onların işin xüsusiyyətlərinə uyğunluğunu yoxlamaq; 
  • İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək;
  • İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq.
  • İşləri plana uyğun şəkildə digər işə cəlb olunanlar ilə və ya işlə əlaqəli şəxslərin iştirakı ilə həyata keçirmək;
  • Avadanlıqları kənar təsirlərdən qorumaq üçün təhlükəsiz yerdə saxlamaq;
  • İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;
  • Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək;
  • İşdən əvvəl müvafiq təlimatlardan istifadə etmək və işə hazırlaşmaq:
  • İş üçün lazım olan alət və avandalıqların nasazlıqlarını və ya istismar qüsurlarını yoxlamaq;
  • Xidmət barədə hesabatı rəhbərliyə çatdırmaq;
  • İş vaxtının sonunda elektrik cərəyanına birləşdirilən bütün avadanlıqları cərəyandan ayırmaqla iş yerini təmizləmək;
  • Bütün daxili prosedur, təlimat və qaydalara riayət etmək.


Tələblər

  • Elektrik qaynağın, yarım avtomatların, kəsən aparatların quruluşunu və iş prinsipini bilməli;
  • Həm qaynaq, həm də montaj işlərini bacarmalıdır;
  • Qaynaq koduna uyğun olaraq keyfiyyətli qaynaq etməyi bacarmalı;
  • Qaynaq işlərinin təhlükəsiz yerinə yetirilməsi qaydalarını bilməli;
  • Qaynaq birləşmələrinin növlərinin və qaynaq tikişin tipini bilməli;
  • Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydalarını bilməli;
  • Qaynaq və montaj işləri üzrə azı 3 il təcrübə;
  • Sürət, gərginlik və amper tənzimləmək üçün qaynaq prosesini müşahidə etmək və problemləri müəyyənləşdirə bilmək bacarığı olmalı;
  • Tələbdən asılı olaraq müxtəlif qaynaq növlərində qaynaq etməyi bacarmalı;
  • Çertyoj oxuma bacarığının olması;
  • Komanda ilə işləyə bilməlidir.


Vakansiya haqqında

Son tarix

May 31, 2025

Paylaşılıb

may 1, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Peşə təhsili

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı