Prime Cotton
Ana səhifə
/
/
/
Keyfiyyət təminatı üzrə baş mütəxəssis

Keyfiyyət təminatı üzrə baş mütəxəssis

  • Prime Cotton
  • Qafqaz Business Center (eski ITC Plaza, Heydar Aliyev Avenue, Bakü 1033, Azərbaycan
  • Tam ştat

02-10-2025

307

Təsvir

Vəzifə Öhdəlikləri:

  • “Prime Cotton” MMC-nin fəaliyyəti ilə bağlı biznes proseslərini müəyyənləşdirmək və müvafiq qaydada sənədləşdirmək
  • Cəmiyyətin İnteqrasiya olunmuş Menecment Sisteminin (İMS) tələblərinin tətbiqini təmin etmək, sistemlərin effektivliyini və aktuallığını qorumaq
  • İMS çərçivəsində tələb olunan daxili sənədlərin (siyasət, prosedur, təlimat və s.) hazırlanması, idarə olunması və aktual vəziyyətdə saxlanılmasını təmin etmək
  • İMS çərçivəsində proseslərin icrası və keyfiyyətin idarə olunması ilə bağlı qeydlərin yaradılması, saxlanılması və idarə olunmasını təmin etmək
  • Daxili sənədlərin hazırlanmasında iştirak etmək və struktur bölmələr tərəfindən hazırlanan sənədlərin ilkin yoxlanışını aparmaq
  • Hazırlanmış daxili sənədlərin daxili qaydalara uyğun olaraq razılaşdırılması və təsdiq olunmasını təmin etmək
  • Daxili sənədlərin qeydiyyatı, saxlanması və şirkət daxilində müvafiq istifadəçilərə əlçatanlığını təmin etmək
  • İşçi heyətinin daxili sənədlər, keyfiyyət standartları, proseslər və istifadə olunan alətlər üzrə təlimatlandırılmasını təmin etmək və təlimlərdə iştirak etmək
  • İMS-in tələblərə uyğunluğunu qiymətləndirmək üçün daxili və xarici auditlərdə iştirak etmək
  • Auditlər və qiymətləndirmələr zamanı aşkar olunmuş uyğunsuzluqlar üzrə düzəldici tədbirləri müəyyənləşdirmək və icrasını təmin etmək
  • Potensial keyfiyyət problemlərinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər hazırlamaq və həyata keçirmək
  • Qanunvericilik, sənaye standartları, daxili qaydalar və müştəri tələblərinə riayət olunmasını təmin etmək
  • Müştəri məmnuniyyətini ölçmək, geri bildirimləri təhlil etmək və şikayətlərin idarə olunmasını təmin etmək
  • Təchizatçıların keyfiyyət performansını monitorinq etmək və qiymətləndirmək, zəruri hallarda onların auditində iştirak etmək
  • Keyfiyyət infrastrukturunun (obyektlər, avadanlıqlar, sistemlər) inkişafı və saxlanmasına dəstək göstərmək
  • Keyfiyyətin yaxşılaşdırılması və proseslərin təkmilləşdirilməsi ilə bağlı təşəbbüs və layihələrdə iştirak etmək

Məsuliyyətlər:

  • Vəzifə öhdəliklərinin icrası zamanı məlum olan konfidensial məlumatları gizli saxlamaq
  • Fəaliyyətlə bağlı hesabatları vaxtında hazırlamaq və təqdim etmək
  • Təyin olunmuş hədəflərə nail olmaq
  • Şirkətdə qüvvədə olan daxili normativ sənədlərə və müvafiq qanunvericilik tələblərinə riayət etmək
  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi) üzrə daxili sənədlər və qanunvericilik tələblərinə əməl etmək

Əlavə Məlumat:

  • Əmək haqqı: razılaşma əsasında
  • Könüllü tibbi sığorta təminatı
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30 – 18:30
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Cente


Tələblər

Təhsil:

  • Ali

Təcrübə:

  • Müvafiq sahədə ən az 3 il iş təcrübəsi

Sertifikatlar:

  • Sahə ilə əlaqədar aşağıdakı sertifikatların olması üstünlük hesab ediləcək:
  • ISO 9001:2015 – Quality Management Systems Auditor

Dil bilikləri:

  • Azərbaycan dili (ingilis dili və rus dili arzuolunandır)

Kompüter bilikləri:

  • MS Office (Word, Excel, PowerPoint), MS Visio

Texniki biliklər:

  • “ISO 9001:2015 Quality Management Systems — Requirements” standartı üzrə biliklər
  • ISO 14001:2015, ISO 45001:2018, NOP, GOTS və AZS/ISO 17025:2020 standartları barədə məlumatlılıq
  • Proses xəritələrinin və blok-sxemlərin tərtib olunması, biznes proseslərinin modelləşdirilməsi (BPMN v2.0)

Səriştə və bacarıqlar:

  • Güclü analitik düşünmə və problem həll etmə qabiliyyəti
  • Dəyişikliyə açıq olmaq və dəyişiklikləri idarə edə bilmək bacarığı
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarığı
  • Qərar qəbul etmək və məsuliyyət götürmək bacarığı
  • Dəqiqlik və detallara diqqət göstərmək bacarığı
  • Yüksək səviyyədə aktiv dinləmə bacarığı
  • Komanda daxilində işləmək bacarığı
  • Zamanın idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi bacarığı
  • Təqdimat bacarıqları

Vakansiya haqqında

Son tarix

November 11, 2025

Paylaşılıb

oktyabr 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı