Müxtəlif növ müqavilələrin, müqavilələrə əlavələrin və dəyişikliklərin hazırlanmasını təmin etmək, onların hüquqi ekspertizasını aparmaq, vizalanmasını və müvafiq reyestrdə qeydiyyatını həyata keçirmək
Qeyri-rezidentlərlə idxal və ixrac müqavilələrinin rəsmiləşdirilməsini təmin etmək, müvafiq qanunvericiliyə və beynəlxalq tələblərə uyğunluğunu yoxlamaq
Müqavilələrin bağlanması prosesində aktiv iştirak etmək, bunun üçün tələb olunan sənədlərin toplanmasını, hazırlanmasını və vaxtında təqdim olunmasını təşkil etmək
Müqavilə tərəfləri ilə münasibətlərin hüquqi çərçivədə aparılmasını təmin etmək, zəruri hallarda hüquqi məsləhət və dəstək göstərmək
Müqavilə tərəfləri arasında mübahisələr yarandıqda danışıqlarda iştirak etmək, pretenziya məktubları, reklamasiya aktları və digər hüquqi sənədlərin hazırlanmasını təmin etmək
Müqavilə öhdəliklərinin icrasına nəzarət etmək, müqavilələrin müddətinə, şərtlərinə və tərəflərin hüquq və vəzifələrinə riayət olunmasını izləmək
Müqavilələrlə bağlı hüquqi risklərin müəyyənləşdirilməsi, onların azaldılması üçün tövsiyələrin hazırlanması və rəhbərliyə təqdim edilməsi
Müvafiq qanunvericilikdə baş verən dəyişiklikləri izləmək, müqavilə şərtlərinin aktuallığını təmin etmək və zəruri hallarda yenilənməsini təşkil etmək
Tələblər
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil
Korporativ hüquq sahəsində ən azı 3–4 il iş təcrübəsi, xüsusilə son 3 il ərzində müqavilələrin rəsmiləşdirilməsi sahəsində təcrübə
Mülki, vergi və gömrük qanunvericiliyini, həmçinin “Incoterms” və digər beynəlxalq xüsusi/ümumi hüquq normalarını dərindən bilmək
Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək
Kompüter bacarıqları: MS Office proqramları üzrə mükəmməl biliklər (1C proqramında işləmək bacarığı üstünlük hesab olunur)