Prime Cotton
Ana səhifə
/
/
/
Qaynaqçı-montajçı

Qaynaqçı-montajçı

Bu gün

53

Remote

Təsvir

  • İşə başlamazdan öncə qaynaq aparatlarının, aqreqatlarının sazlığını, qaynaq məftillərinin izolyasiya vəziyyətini və alətlərin istismar qabiliyyətini yoxlamaq;
  • Qaynaq avadanlıqlarını işə hazır vəziyyətə gətirmək və texniki təhlükəsizlik tələblərinə uyğunluğunu təmin etmək;
  • İş yerində yanğın təhlükəsi yarada biləcək əşyaları və materialları uzaqlaşdırmaq;
  • Qaynaq və montaj işlərini texniki çertyoj və iş planına uyğun yerinə yetirmək;
  • Müxtəlif qaynaq üsulları (elektrik, qaz, arqon və s.) ilə işləmə bacarığını tətbiq etmək;
  • Qaynaq üçün istifadə olunacaq materialların ölçüsünü, növünü və sayını müəyyənləşdirmək, onların işə uyğunluğunu yoxlamaq;
  • Montajdan əvvəl detalların ölçülərini və vəziyyətini yoxlamaq, düzgün yerləşdirilməsini təmin etmək;
  • Qaynaq tikişlərinin keyfiyyətinə və birləşmələrin möhkəmliyinə nəzarət etmək;
  • Qaynaq prosesi zamanı cərəyan, gərginlik və amper tənzimləmələrini düzgün seçmək və müşahidə aparmaq;
  • Alətləri düzgün seçmək, ölçüləri dəqiqliklə yoxlamaq və saz vəziyyətdə saxlamaq;
  • Qurğular, detallar və konstruksiyaların texniki tələblərə uyğun hazırlanmasını təmin etmək;
  • Boru, flyans birləşmələri, implus xəttləri, siyirtmələr və digər avadanlıqların qaynaq işlərini yerinə yetirmək;
  • Görülən işlər barədə rəhbərliyə hesabat vermək;
  • İş sahəsini tullantılardan təmizləmək, təhlükəsiz və səliqəli vəziyyətdə saxlamaq;
  • İş gününün sonunda elektrik avadanlıqlarını cərəyandan ayırmaq və iş yerini qaydalara uyğun təmizləmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Xüsusi fərdi qoruyucu vasitələrdən (geyim, eynək, əlcək və s.) istifadə etmək;
  • Sahə rəisinin tapşırıq və göstərişlərini vaxtında və dəqiq yerinə yetirmək.

Tələblər

  • Elektrik, qaz və arqon qaynaq üsullarında işləmə bacarığı;
  • Qaynaq aparatlarının, yarımavtomat və kəsici avadanlıqların quruluşu və iş prinsipini bilmək;
  • Müxtəlif metal və ərintilərin qaynaq texnologiyasını bilmək;
  • Qaynaq birləşmələrinin növlərini, tikiş tiplərini və qaynaq kodlarını bilmək;
  • Çertyoj və texniki sənədlərlə işləmə bacarığı;
  • Qaynaq və montaj işləri üzrə azı 3 il təcrübə;
  • Qaynaq prosesi zamanı texniki problemləri müəyyənləşdirmək və optimal həll tapmaq bacarığı;
  • Qaynaq avadanlıqlarını saz vəziyyətdə saxlamağı bacarmaq;
  • Montaj və qaynaq zamanı ölçü, istiqamət və yerləşmə dəqiqliyinə nəzarət etmək;
  • Komandada işləmə, məsuliyyətli qərar vermə və nizam-intizam bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik və həllyönümlü yanaşma;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi normalarını bilməli və onlara əməl etmək.

Vakansiya haqqında

Son tarix

November 26, 2025

Paylaşılıb

oktyabr 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Təhsil

Orta təhsil

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı