Prime Cotton
Ana səhifə
/
/
/
Regional insan resursları üzrə kiçik mütəxəssis (Bərdə)

Regional insan resursları üzrə kiçik mütəxəssis (Bərdə)

  • Prime Cotton
  • 125 Heydər Əliyev Prospekti, Bərdə, Azərbaycan
  • Tam ştat

Bu gün

79

Təsvir

  • Regional bölmələrdə işçi ehtiyaclarının müəyyənləşdirilməsi və işə qəbul proseslərinin koordinasiyasında İnsan Resursları şöbəsinə dəstək göstərmək;
  • Namizəd məlumat bazasının formalaşdırılması, yenilənməsi və mütəmadi idarə olunması;
  • İlkin müsahibələrdə iştirak etmək, namizədlərin dəyərləndirilməsi və təkliflərin hazırlanması prosesinə töhfə vermək;
  • Yeni işçilərin adaptasiya (onboarding) prosesinin təşkili və onun icrasına nəzarət etmək;
  • Regional əməkdaşların şəxsi işlərinin, sənədlərinin və məlumat bazasının düzgün və tam şəkildə formalaşdırılmasını təmin etmək;
  • Əmək müqavilələrinin, əmrlərin, məzuniyyət cədvəllərinin və digər kadr sənədlərinin hazırlanması və qeydiyyatında iştirak etmək;
  • Davamiyyət, məzuniyyət və iş vaxtı uçotu məlumatlarının düzgün aparılmasına nəzarət etmək;
  • Regional filiallarda əmək intizamı, daxili qaydalar və korporativ siyasətə riayət olunmasına nəzarət etməkdə məsul şəxslərə dəstək olmaq;
  • İnsan resursları üzrə daxili hesabatların və statistik məlumatların hazırlanmasında iştirak etmək;
  • Əməkdaşların motivasiya və daxili kommunikasiya tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
  • İR siyasət və prosedurlarının region səviyyəsində düzgün tətbiqini və icrasını təmin etmək.

Tələblər

Təhsil:

  • Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Psixologiya, Sosial elmlər və ya əlaqədar ixtisaslar üzrə);

İş təcrübəsi:

  • Müvafiq sahədə (İnsan resursları, kadr uçotu və ya administrativ sahədə) 1–2 il iş təcrübəsi;

Zəruri bilik və bacarıqlar:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi, kadr uçotu qaydaları və sənəd dövriyyəsi prinsipləri haqqında biliklər;
  • MS Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmək bacarığı;
  • Elektron kadr uçotu sistemlərində (məsələn, ƏMAS, ERP və ya HRIS platformaları) işləmək bacarığı üstünlük sayılır;
  • Güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;
  • Diqqətli, məsuliyyətli və analitik düşünmə qabiliyyətinə malik olmaq;
  • Komandada işləmək və eyni anda bir neçə tapşırığı idarə etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

November 22, 2025

Paylaşılıb

oktyabr 24, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə