İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini təmin etmək;
Yeni işə qəbul olunan əməkdaşlar, podratçılar, qonaqlar, ezamiyyətə gələnlər, istehsalat təliminə və ya təcrübəyə cəlb olunmuş şagird və tələbələr üçün əməyin mühafizəsi üzrə giriş təlimatlandırma proqramını hazırlamaq və təlimat keçmək;
Struktur bölmələrdə və istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlərdə iştirak etmək;
Qəza və hadisələrlə bağlı araşdırmalar aparmaq, müvafiq qeydləri aparmaq və aidiyyəti üzrə dərhal məlumat vermək;
İşçilərə təhlükəsizlik qaydalarının əhəmiyyəti barədə maarifləndirici məlumat vermək və bu qaydalara əməl olunmasına nəzarət etmək;
Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərini aylıq planlamaq, icrasını təşkil etmək və hesabatlar hazırlamaq;
Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə dair bütün məlumatların, baş vermiş hadisələrin və statistik göstəricilərin rəhbərliyə müntəzəm hesabatını təqdim etmək;
Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılması, verilməsi və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
Müəssisənin struktur bölmələrinin əməyin mühafizəsi ilə bağlı təlimatlar, qaydalar, normativlər, əyani vəsaitlər (plakatlar və s.) ilə təmin olunmasını təşkil etmək;
Yanğın təhlükəsizliyi ilə bağlı sənədləri, jurnalları, təlimatları və əmr layihələrini hazırlamaq;
Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasına, onların sazlığına və texniki qulluğunun təşkilinə nəzarət etmək;
Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından mühafizə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət etmək və texniki xidmətin təşkili işlərini həyata keçirmək.
Tələblər
Ali təhsil (Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə təhsil üstünlükdür);
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
SƏTƏM (Əməyin təhlükəsizliyi, ətraf mühit və sağlamlıq) sahəsində yerli qanunvericiliyin tələblərini bilmə;
Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı zəruri biliklərə malik olmaq;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Orta səviyyədə ingilis dili biliyinin olması arzuolunandır;