Tabaterra MMC
Ana səhifə
/
/
/
Baş mexanik (Zaqatala)

Baş mexanik (Zaqatala)

Bu gün

15

Təsvir

  • Texnikaların texniki baxış, texniki xidmət və təmir işlərinin vaxtında həyata keçirilməsinin təmin edilməsi;
  • Texnikalarda yaranan nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması prosesinin koordinasiya edilməsi;
  • Texnikaların işə hazırlıq vəziyyətinə və düzgün istismarına nəzarət edilməsi;
  • Yanacaq, ehtiyat hissələri və digər texniki resursların səmərəli istifadəsinin və uçotunun təmin edilməsi;
  • Texnikaların istismarı ilə bağlı müvafiq sənədləşmə və hesabatların aparılmasına nəzarət edilməsi;
  • Texnika və mexanizmlərdən istifadə zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Texniki xidmət və təmir işləri ilə bağlı servis və podratçı şirkətlərlə əməkdaşlığın koordinasiya edilməsi;
  • Texnikaların texniki vəziyyəti, istismarı və təmirinə dair məlumatların mütəmadi təhlil edilməsi və texniki göstəricilərin izlənilməsi;
  • Texnikaların mütəmadi yoxlanılmasını təşkil etmək, mümkün nasazlıqları və texniki problemlərin əvvəlcədən müəyyənləşdirilməsi;
  • Texnikaların mövsümi işlərə hazırlığını əvvəlcədən yoxlamaq və zəruri texniki xidmət və təmir işlərinin planlaşdırılması;
  • Mövsümi hazırlıq və planlaşdırılmış təmir işləri üçün tələb olunan ehtiyat hissələri və digər texniki materialların tələbatını əvvəlcədən müəyyənləşdirmək və onların vaxtında təmin olunmasının koordinasiya edilməsi;
  • Maşın və texnikaların, eləcə də onların ayrı-ayrı hissələrinin texniki sazlığını və istismara yararlılığının təmin edilməsi;
  • Təkrarlanan texniki nasazlıqların səbəblərini təhlil etmək və onların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
  • Texnikaların texniki xidmət və təmir tarixçəsinin izlənilməsini və müvafiq məlumatların sistemləşdirilməsinin təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.

Tələblər

  • Mexanika mühəndisliyi, maşınqayırma, kənd təsərrüfatı texnikası və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maşın, mexanizm və xüsusi texnikaların texniki xidməti və təmiri sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Müxtəlif texnika və mexanizmlərin quruluşu, iş prinsipləri və texniki xüsusiyyətləri barədə bilik;
  • Texniki nasazlıqları operativ şəkildə müəyyənləşdirmək, səbəblərini təhlil etmək və onların aradan qaldırılmasını təşkil etmək bacarığı;
  • Texnikaların texniki vəziyyəti və istismarı ilə bağlı məlumatları təhlil etmək və texniki xidmət ehtiyaclarını əvvəlcədən müəyyənləşdirmək bacarığı;
  • Texniki xidmət və təmir işlərinin planlaşdırılması və koordinasiyası bacarığı;
  • Ehtiyat hissələri və digər texniki materiallara olan tələbatı əvvəlcədən müəyyənləşdirmək bacarığı;
  • Güclü problem həll etmə və analitik düşünmə bacarığı;
  • Texniki sənədlərlə və hesabatlarla işləmək bacarığı;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, operativ və təşkilatçı olmaq;
  • Azərbaycan dilini sərbəst bilmək,ingilis dili üstünlükdür;
  • Zaqatalada iş yerində çalışmağa hazır olmaq.

Vakansiya haqqında

Son tarix

October 23, 2026

Paylaşılıb

sentyabr 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı