Prime Cotton
Ana səhifə
/
/
/
SƏTƏMM üzrə Təlimçi

SƏTƏMM üzrə Təlimçi

Bu gün

44

Təsvir

  • Keçiriləcək müvafiq təlim və təlimatlar barədə aidiyyəti üzrə işçi heyətinin müvafiq qaydada məlumatlandırılmasını təmin etmək;
  • Vizuallar, praktiki nümunələr və interaktiv üsullardan istifadə edərək təlimlərin daha təsirli və yadda qalan formada çatdırılmasını təmin etmək;
  • İllik və aylıq təlim planlarının hazırlanması, təlim cədvəllərinin tərtibi və icrasının effektiv şəkildə təşkili;
  • Təlimlərin nəticələrinin qiymətləndirilməsi, iştirakçı performansının analizi və hesabatların hazırlanması;
  • Fəaliyyət göstəricilərinə əsaslanaraq SƏTƏM təlimlərinin keyfiyyətinin və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin irəli sürülməsi;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələri üzrə təlim proqramlarının hazırlanması və icrasının təmin edilməsi;
  • Keçirilən təlimlərə dair müvafiq təlim materiallarının, eləcə də test suallarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Keçirilmiş təlimlərlə bağlı elektron və yazılı məlumat bazasının yaradılması və bu məlumatların mütəmadi yenilənməsinin təmin edilməsi;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə təlim proqramına uyğun olaraq keçirilmiş təlimlərin effektivliyinin səlahiyyətlər çərçivəsində yoxlanılması;
  • Müxtəlif auditoriyalara uyğun təlim metodlarının seçilməsi və tətbiqi;
  • Təlim proqramları, təqdimatlar, təlim materialları və təlimat kitabçalarının hazırlanması və yenilənməsi;
  • Təlimlərin nəticələrinə əsasən biliklərin qiymətləndirilməsi üçün testlərin və imtahanların təşkili;
  • Təlimlərin keçirilməsi və nəticələri ilə bağlı jurnalların, protokolların və hesabatların aparılması;
  • Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi üzrə giriş təlimatının keçirilməsi;
  • Qəza, hadisə və insidentlərdən sonra öyrənilmiş dərslərə əsasən əlavə təlimlərin keçirilməsinin təmin edilməsi;
  • Təlim prosesində interaktiv üsullardan və praktiki məşqlərdən istifadə edərək işçilərin təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi;
  • Əməkdaşların əməyin təhlükəsizlik qaydalarına dair biliklərinin mütəmadi olaraq artırılmasına dəstək göstərmək

Tələblər

  • Təlim metodologiyası üzrə biliklərə malik olmalı;
  • Təlimçilər üçün nəzərdə tutulmuş təlim sertifikatına malik olmalı;
  • Beynəlxalq ISO 45001, ISO 9001 və ISO 14001 standartlarının tələblərini bilməli;
  • WAH-2005 sertifikatına malik olmalı;
  • HITRAIncident Investigation sertifikatlarına malik olmalı;
  • Beynəlxalq təlim standartları barədə məlumatlı olmalı və bu sahədə praktiki təcrübəyə malik olmalı;
  • Müxtəlif təlim metodları üzrə bilik və praktiki təcrübəyə malik olmalı;
  • Auditoriya ilə effektiv şəkildə işləmə bacarığına malik olmalı;
  • İştirakçılarla ünsiyyət zamanı dəqiq, aydın və lakonik olmalı;
  • Heyətin təlim ehtiyaclarını qiymətləndirmək və ölçmək bacarığına malik olmalı;
  • Aşağıdakı əsas səriştə və bacarıqlara malik olmalı: Effektiv kommunikasiya, korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticəyönümlülük, təşəbbüskarlıq, çeviklik və problem həlletmə bacarığı;
  • Ali təhsil (müvafiq sahə üzrə);
  • SƏTƏMM təlimçisi kimi ən azı 3 il iş təcrübəsinə malik olmalı;
  • Azərbaycan dilini səlis, ingilis dilini isə yaxşı səviyyədə bilməli;
  • Microsoft Office proqramları üzrə biliklərə malik olmalı;



Vakansiya haqqında

Son tarix

November 15, 2025

Paylaşılıb

oktyabr 6, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə