QAFQAZNET

Satış Meneceri

  • QAFQAZNET
  • 1/25 Əhməd Rəcəbli, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

177

Təsvir


 

      

 

Vəzifə öhdəlikləri:

-       Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək

-       Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək

-        Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək

-       Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili

-       Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq, qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək

-       Müştəri bazasını artırmaq, yeni müştərilərin cəlb edilməsi üçün təkliflər irəli sürmək

-       Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərə təqdim edilməsi


İş yeri: Bakı şəhəri.

İş rejimi: 5 günlük.

İş vaxtı: 09:00-18:00.

 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış üzrə Menecer” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

Tələblər:

-       Müvafiq sahə üzrə ali təhsil: İqtisadiyyat, biznesin idarə edilməsi və ya marketinq ixtisasları üzrə təhsil arzuolunandır.

-       Korporativ satışlar üzrə minimum 3 il təcrübə, İT avadanlıq və xidmətlər sahəsində təcrübəyə üstünlük verilir.

-       Mövcud müştəri bazası olan namizədlərə üstünlük verilir

-       Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – işgüzar səviyyədə, İngilis dili – arzuolunandır;

-       Kompüter bacarıqları: MS Office (Excel, Word və Outlook proqramlarında yüksək səviyyədə istifadə), 1C

-       Mükəmməl şifahi-yazılı ünsiyyət və inandırma bacarıqları

-       Qoyulan hədəfləri vaxtında yerinə yetirmək bacarığı

-       Müstəqil işləmə bacarığı

-       Vaxtın səmərəli idarəolunması bacarığı

-       Öz üzərində işləyən, inkişafa meyilli olmaq

-       Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;

-       Satışın və bazarın analizini aparmaq bacarığı;

Vakansiya haqqında

Son tarix

dekabr 1, 2024

Paylaşılıb

oktyabr 22, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri

İmtiyazlar

  • Ödənişlər qanunvericiliyə əsasən həyata keçir