"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Ağcabədi filialı üzrə Universal işçi

Ağcabədi filialı üzrə Universal işçi

23-10-2024

584

Təsvir

“Rabitəbank” ASC Ağcabədi filialı üzrə Universal işçi vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

 

  • ARMB-nın, bankdaxili prosedur və qaydalara əsasən Fiziki şəxslərə yüksək səviyyədə xidmət göstərmək;
  • Bank məhsulu və xidmət satışını həyata keçirtmək;
  • Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
  • Bankın tələblərinə uyğun olan müştəriləri banka cəlb edilməsini təmin etmək;
  • İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək;
  • Müştərinin maliyyə analizini həyata keçirmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək.


Tələblər

  • Ali təhsil (iqtisadi olması arzuolunandır);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;


Vakansiya haqqında

Son tarix

dekabr 2, 2024

Paylaşılıb

oktyabr 23, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə