"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Mütəxəssis/Aparıcı mütəxəssis (GRC üzrə)

Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Mütəxəssis/Aparıcı mütəxəssis (GRC üzrə)

04-11-2024

645

Təsvir

“Rabitəbank” ASC İT təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Mütəxəssis/ Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan edir.


Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:

 

  • İnformasiya təhlükəsizliyi istiqamətində siyasət, qayda və prosedurların tərtib edilməsi;
  • Sənədlərin aktuallığının daim nəzarətdə saxlanılması;
  • İstifadəçilərə və ya systemlərə verilən access-lərin qiymətləndirilməsi və optimizasiyası;
  • İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi və onların azaldılması üzrə tövsiyyələrin verilməsi;
  • İnformasiya təhlükəsizliyi tələblərinə uyğunluğun pozulması hallarının aşkar edilib araşdırılması;
  • Swift systemində “Security Officer” role-una aid öhdəliklərin icra edilməsi;
  • Əməkdaşlara “Security Awareness” təlimlərinin keçirilməsi;
  • Kənar auditlərə hazırlıq və audit zamanı koordinasiyalı işin təşkili;
  • DLP sistemi vasitəsi ilə məlumat sızmalarının qarşısının alınması.


Tələblər

  • Əlaqəli sahədə ali təhsilin olması;
  • İnformasiya təhlükəsizliyi sahəsində 2 ildən az olmayan iş təcrübəsi;
  • ISO 27001, NIST CSF 2.0, PCI DSS beynəlxalq standartları üzrə ətraflı biliklərin olması;
  • İT sistemlər və Şəbəkə təhlükəsizliyi üzrə biliklərin olması;
  • Active Directory, DNS, GPO, verilənlər bazası, web servislər üzrə təməl biliklərin olması;
  • DLP sistemləri üzrə biliklərin olması;
  • Təhlükəsizlik təhdidləri və riskləri barədə məlumatlı olması;
  • CISA, CRISC, ISO 27001 Lead Implementer, Comptia Security+ və digər uyğun olan beynəlxalq sertifikatlar arzu ediləndir;
  • Azərbaycan və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
  • Rus dili biliyi arzu ediləndir;
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

dekabr 14, 2024

Paylaşılıb

noyabr 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə