"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
Bank Sistemlərinin təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis

Bank Sistemlərinin təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis

24-09-2024

654

Təsvir

“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin aparıcı banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Endpoint seturity (antivirus, device control, application control və EDR) həllinin idarə edilməsi;
  • "E-mail security" həllinin idarə edilməsi;
  • "DLP" həllinin idarə edilməsi;
  • "Siem" həllinin idarə edilməsi;
  • Mövcud servislərin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi;
  • İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət;
  • Yeni qurulacaq sistemlərin POC mərhələsinin həyata keçirilməsi.

Tələblər

  • Ali təhsil;
  • İnformasiya təhlükəsizliyi sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;
  • Endpoint Security və Embedded Systems Security üzrə biliklər;
  • Active Directory, DNS, WSUS, DHCP, GPO üzrə biliklərə sahib;
  • DLP, SIEM, IDS/IPS, E-mail Security, Web Application Firewall (F5, Imperva) üzrə biliklər;
  • Verilənlər bazası, web servislər və kod təhlükəsizliyi üzrə təməl biliklərin olması;
  • Şəbəkə təhlükəsizliyi üzrə biliklərin olması;
  • İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı və nəticə üzrə işin panlanmasını təmin etmək;
  • Linux ƏS üzrə biliklər;
  • Təhlükəsizlik təhdidləri və riskləri barədə məlumatlı olması;
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

noyabr 3, 2024

Paylaşılıb

sentyabr 24, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik