"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
Ana səhifə
/
/
/
İşə qəbul və qiymətləndirmə üzrə Aparıcı mütəxəssis/Baş mütəxəssis

İşə qəbul və qiymətləndirmə üzrə Aparıcı mütəxəssis/Baş mütəxəssis

07-10-2024

1.6K

Təsvir

“Rabitəbank” ASC İnsan resursları departamentinin İşə qəbul və qiymətləndirmə şöbəsində Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.


Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Bankda yaranmış vakant iş yerlərinin doldurulmasını təmin etmək;
  • Mövcud və gələcək işçi ehtiyaclarını müəyyən edərək, namizədlərin rezerv bazasının formalaşdırılmasını va onun mütəmadi olaraq yenilənməsini təmin etmək;
  • Yeni işçilərin adaptasiya prosesinin koordinasiyası, sınaq müddətlərinin izlənilməsi və həmin müddət ərzində işə qəbul qaydalar üzrə nəzərdə tutulmuş zəruri fəaliyyətlərinin həyata keçirilməsini təmin etmək;
  • Namizədlərin banka cəlb edilməsi məqsədilə zəruri tədbirləri görmək (müxtəlif kadr yarmarkalarında iştirak etmək, gənc namizədlər üçün müxtəlif lahiyələri hazırlamaq və təşkil etmək, ali təhsil müəssisələri ilə aktiv işləmək, vakant yerlərinə dair elanların hazırlamaq və müxtəlif saytlarda yerləşdirmək və s.);
  • Bankın İşə qəbul qaydalarına müvafiq olaraq uyğun namizədləri seçmək, onlar məntiq/seçim testlərinə və müsahibələrə dəvət etmək, müsahibələri təşkil etmək və aparmaq, zərurət yarandıqda namizədlər haqqında rəy sorğusunu həyata keçirmək və bu qaydalardan irəli gələn digər zəruri fəaliyyatlərinin həyata keçirilməsini təmin etmək;
  • Bankda təcrübə prosesinin koordinasiyasını həyata keçirmək və bununla bağlı zəruri fəaliyyatləri həyata keçirmək;
  • İşə qəbul zamanı istifadə edilən məntiq/seçim testlərinin mütəmadi olaraq yenilənməsini təmin etmək.

Tələblər

  • Ali təhsilin olması (İnsan resurslarının idarə edilməsi, hüquq, psixologiya üzrə arzuolunandır);
  • Müvafiq və yaxud oxşar sahədə minimum 2 illik iş təcrübəsi;
  • Analitik düşüncə;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Liderlik və idarəetmə bacarığı;
  • Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
  • Təşəbbüskarlıq, yaradıcılıq və innovasiyalara meyillilik;
  • Öyrənməyə və şəxsi inkişafa meyillilik;
  • Azərbaycan dilini səlis, ingilis və/və ya rus dillərini yüksək səviyyədə bilmək;
  • MS Word, Excel, PowerPoint və tələb olunan digər proqramlarda işləmə bacarığı.


Vakansiya haqqında

Son tarix

noyabr 16, 2024

Paylaşılıb

oktyabr 7, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə