"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Kreativ məzmun yaradıcısı

04-10-2024

3K

Bağlanılıb

Təsvir

“Rabitəbank” ASC Marketinq departamentində Kreativ məzmun yaradıcısı vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Kreativ briflərin hazırlanması və müvafiq tərəflərə ötürülməsi;
  • Bankın hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Sosial media və digər marketinq kanallarında məzmunun yaradılması;
  • Sosial mediada paylaşılacaq vizuallar üçün kreativ mətnlərin yazılması;
  • Sosial media səhifələrinin idarə edilməsi;
  • Yeni kampaniyalar üçün ideyaların verilməsi;
  • Bankın Mobil tətbiqi, veb sayt, İB və digər internet səhifələri üçün mətnlərin hazırlanması;
  • Videolar üçün ssenarilərin yazılması;
  • Art-direktorla işləmək, işləri planlamaq və aylıq hesabatlıq hazırlamaq;
  • Bazar trendlərini və yenilikləri izləmək, rəqib araşdırmasını etmək və həyata keçirmək.

Tələblər

  • Ali təhsil (Marketinq, İqtisadiyyat və Biznes sahəsi üzrə)
  • Azərbaycan dilində səlis danışma və yazma bacarığı (Rus və ingilis dili bilikləri arzu olunandır);
  • SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn, Threads, Tik-Tok və s.) platformalarında sərbəst iş bacarığı;
  • Reklam agentliyində ən azı 2 illik təcrübə;
  • Yeni trendləri və rəqiblərin fəaliyyətini izləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı;
  • Dizaynerlə və briflərlə iş bacarığı;
  • Bank məhsulları biliklərinin olması arzuolunandır;
  • Qeyd: Portfolio göndərməyiniz mütləqdir.


Vakansiya haqqında

Son tarix

noyabr 13, 2024

Paylaşılıb

oktyabr 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr