Tabaterra MMC
Ana səhifə
/
/
/
Baş energetik (Zaqatala)

Baş energetik (Zaqatala)

  • Tabaterra MMC
  • HJQG+HRP, Unnamed Road, Zaqatala, Azerbaijan
  • Tam ştat

Bu gün

25

Təsvir

  • Yüksək (6/10/35 kV) və alçaq gərginlikli elektrik qurğularının, TM/RTM-lərin, paylayıcı şkafların və ehtiyat dizel generatorlarının texniki istismarını, dövri sınaq, ölçmə və reley mühafizəsi ayarlarını təşkil etmək.
  • Elektrik və enerji qurğularında işlərin yalnız naryad-icazə əsasında, müvafiq elektrik təhlükəsizlik icazə qrupuna malik heyət tərəfindən aparılmasını təmin etmək.
  • Buxar qazanlarının, istilik generatorlarının, su təchizatı, soyutma və sıxılmış hava (kompressor) sistemlərinin etibarlı və fasiləsiz işini təmin etmək.
  • Şəbəkədə reaktiv gücün kompensasiyasına, elektrik itkilərinin (YS üzrə balans, fider itkiləri) təhlilinə nəzarət etmək və məhsul vahidinə düşən enerji sərfinin azaldılması üzrə tədbirlər hazırlamaq.
  • Temperatur, nəmlik və təzyiq ölçmə-idarəetmə cihazlarının (KİP və A, avtomatlaşdırma) dəqiqliyinə, vaxtında kalibrlənməsinə və avtomatik idarəetmə sistemlərinin düzgün işləməsinə nəzarət etmək.
  • İllik və aylıq Planlı-Xəbərdaredici Təmir (PXT) qrafiklərini, hava və kabel xətlərinin əsaslı/cari baxış-təmir planlarını hazırlamaq, təsdiqə təqdim etmək və icrasına nəzarət etmək.
  • İstehsalat və qurutma mövsümünə enerji və istilik təsərrüfatının tam texniki hazır vəziyyətə gətirilməsini təşkil etmək.
  • Qəza və təcili təmirləri minimum dayanma müddəti ilə təşkil etmək; qəzanın başvermə səbəblərini araşdırmaq və aradan qaldırılması üçün müstəqil/operativ tədbirlər görmək.
  • Abonentlərin, istehsalat xətlərinin fasiləsiz və keyfiyyətli elektrik/istilik enerjisi ilə təmin olunmasına nəzarət etmək; güc avadanlıqlarının yüklərinin tənzimlənməsini təşkil etmək.
  • Kritik ehtiyat hissələrinin (elektrik, KİP və A, qazanxana ehtiyatları) siyahısını müəyyən etmək və anbar ehtiyatının optimal səviyyədə saxlanılmasını təmin etmək.
  • Elektrik və enerji avadanlıqlarının yenilənməsi, modernləşdirilməsi üzrə əsaslandırılmış texniki tapşırıqlar (TT) və təkliflər hazırlamaq, podratçıların işinə texniki nəzarət etmək.
  • Tabeliyindəki heyətin Əməyin Mühafizəsi, Elektrik Təhlükəsizliyi Qaydaları (EETQ), Yanğın Təhlükəsizliyi və Texniki İstismar Qaydalarına uyğun çalışmasını təmin etmək, kollektiv təlimatlandırmalar keçirmək.
  • Müəssisənin tekno-elektrik və birxətli (single-line) sxemlərinin, avadanlıq pasportlarının və təmir jurnallarının vaxtında və düzgün aparılmasını təmin etmək.


Tələblər

  • Ali (Energetika, Elektrotexnika, Elektrik Mühəndisliyi və ya İstilik Texnikası üzrə);
  • İstehsalat/energetika sahəsində ən azı 8-10 il iş təcrübəsi (ən azı 3 ili rəhbər/baş mütəxəssis vəzifəsində);
  • Yüksək gərginlikli (1000 V-dan yuxarı) elektrik qurğularında işə buraxılış üzrə V (və ya IV) Elektrik Təhlükəsizliyi İcazə Qrupu; Əməyin Mühafizəsi və Yanğın Təhlükəsizliyi sertifikatları;
  • 10/0.4 kV yarımstansiyalar, KİP və A, PXT sistemi, buxar qazanları, kompressorlar, EEİQ və Texniki İstismar Qaydaları;
  • Azərbaycan dili (sərbəst), Rus və ya İngilis dili (texniki);
  • MS Office, AutoCAD, ERP (SAP/1C).

Vakansiya haqqında

Son tarix

September 13, 2026

Paylaşılıb

avqust 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı