Yüksək (6/10/35 kV) və alçaq gərginlikli elektrik qurğularının, TM/RTM-lərin, paylayıcı şkafların və ehtiyat dizel generatorlarının texniki istismarını, dövri sınaq, ölçmə və reley mühafizəsi ayarlarını təşkil etmək.
Elektrik və enerji qurğularında işlərin yalnız naryad-icazə əsasında, müvafiq elektrik təhlükəsizlik icazə qrupuna malik heyət tərəfindən aparılmasını təmin etmək.
Buxar qazanlarının, istilik generatorlarının, su təchizatı, soyutma və sıxılmış hava (kompressor) sistemlərinin etibarlı və fasiləsiz işini təmin etmək.
Şəbəkədə reaktiv gücün kompensasiyasına, elektrik itkilərinin (YS üzrə balans, fider itkiləri) təhlilinə nəzarət etmək və məhsul vahidinə düşən enerji sərfinin azaldılması üzrə tədbirlər hazırlamaq.
Temperatur, nəmlik və təzyiq ölçmə-idarəetmə cihazlarının (KİP və A, avtomatlaşdırma) dəqiqliyinə, vaxtında kalibrlənməsinə və avtomatik idarəetmə sistemlərinin düzgün işləməsinə nəzarət etmək.
İllik və aylıq Planlı-Xəbərdaredici Təmir (PXT) qrafiklərini, hava və kabel xətlərinin əsaslı/cari baxış-təmir planlarını hazırlamaq, təsdiqə təqdim etmək və icrasına nəzarət etmək.
İstehsalat və qurutma mövsümünə enerji və istilik təsərrüfatının tam texniki hazır vəziyyətə gətirilməsini təşkil etmək.
Qəza və təcili təmirləri minimum dayanma müddəti ilə təşkil etmək; qəzanın başvermə səbəblərini araşdırmaq və aradan qaldırılması üçün müstəqil/operativ tədbirlər görmək.
Abonentlərin, istehsalat xətlərinin fasiləsiz və keyfiyyətli elektrik/istilik enerjisi ilə təmin olunmasına nəzarət etmək; güc avadanlıqlarının yüklərinin tənzimlənməsini təşkil etmək.
Kritik ehtiyat hissələrinin (elektrik, KİP və A, qazanxana ehtiyatları) siyahısını müəyyən etmək və anbar ehtiyatının optimal səviyyədə saxlanılmasını təmin etmək.
Elektrik və enerji avadanlıqlarının yenilənməsi, modernləşdirilməsi üzrə əsaslandırılmış texniki tapşırıqlar (TT) və təkliflər hazırlamaq, podratçıların işinə texniki nəzarət etmək.
Tabeliyindəki heyətin Əməyin Mühafizəsi, Elektrik Təhlükəsizliyi Qaydaları (EETQ), Yanğın Təhlükəsizliyi və Texniki İstismar Qaydalarına uyğun çalışmasını təmin etmək, kollektiv təlimatlandırmalar keçirmək.
Müəssisənin tekno-elektrik və birxətli (single-line) sxemlərinin, avadanlıq pasportlarının və təmir jurnallarının vaxtında və düzgün aparılmasını təmin etmək.
Tələblər
Ali (Energetika, Elektrotexnika, Elektrik Mühəndisliyi və ya İstilik Texnikası üzrə);
İstehsalat/energetika sahəsində ən azı 8-10 il iş təcrübəsi (ən azı 3 ili rəhbər/baş mütəxəssis vəzifəsində);
Yüksək gərginlikli (1000 V-dan yuxarı) elektrik qurğularında işə buraxılış üzrə V (və ya IV) Elektrik Təhlükəsizliyi İcazə Qrupu; Əməyin Mühafizəsi və Yanğın Təhlükəsizliyi sertifikatları;
10/0.4 kV yarımstansiyalar, KİP və A, PXT sistemi, buxar qazanları, kompressorlar, EEİQ və Texniki İstismar Qaydaları;
Azərbaycan dili (sərbəst), Rus və ya İngilis dili (texniki);