Tabaterra MMC
Ana səhifə
/
/
/
Satınalma&Logistika üzrə böyük mütəxəssis (Zaqatala)

Satınalma&Logistika üzrə böyük mütəxəssis (Zaqatala)

17-10-2025

1K

Təsvir

  • Aktiv sifarişlərin vaxtında yerinə yetirilməsini təmin etmək. İstehsal və çatdırılma müddətini nəzərə alaraq sifarişləri davam etdirmək;
  • Hər bir məhsulun ehtiyat səviyyəsinin aylıq istehsal planının material tələbinə uyğun olmasını təmin etmək;
  • Lazımi keyfiyyət / qiymət nisbətini və satınalmanın iqtisadi cəhətlərini nəzərə alaraq materialların, malların və xidmətlərin alınması, monitorinqi, təcili sifarişi və idarə olunmasını həyata keçirmək;
  • Podratçılarla qiymət, daşınma və çatdırılma vaxtı ilə bağlı danışıqlar aparmaq;
  • Yüklərin vaxtında izlənilməsini təmin etmək;
  • Təchizatçılarla yaxşı münasibətləri qorumaq;
  • Təchizatçıların etibarlılığını qiymətləndirmək;
  • Təchizatçı risklərini idarə etmək;
  • Sifarişlərlə bağlı məlumatları vaxtında 1C proqramına daxil etmək;
  • Bütün sifariş və müqavilə sənədlərinin yerli qaydalara və funksional siyasətlərə uyğunluğunu təmin etmək;
  • Təqdim olunan sənədlərin düzgünlüyünü və gömrük və digər yerli qaydalara uyğunluğunu təmin etmək;
  • Lazım olduqda ölkəyə daxil olan bütün mallar üçün qabaqcadan bəyanname hazırlamaq;
  • Planlaşdırma, satınalma və logistika şöbəsinin rəhbərinə hesabatları vaxtında təqdim etmək.

Tələblər

  • Ali təhsil: Bakalavr– Logistika və Satınalma ixtisası üstünlükdür;
  • Müvafiq sahədə 4-5 il iş təcrübəsi;
  • İngilis və rus dillərini yüksək səviyyədə bilmək;
  • Birdən çox işi eyni vaxtda idarə etmək və prioritetləşdirmək bacarığı;
  • Problem həll etmə və ünsiyyət bacarığı;
  • Planlaşdırma, vaxtın idarə olunması və təşkilatçılıq bacarıqları;
  • Komanda işi və əməkdaşlıq bacarığı.

Vakansiya haqqında

Son tarix

November 26, 2025

Paylaşılıb

oktyabr 17, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə