TABIA Group LLC
Ana səhifə
/
/
/
Təmizlik üzrə Nəzarətçi

Təmizlik üzrə Nəzarətçi

Bu gün

25

Təsvir

  • Yerli və ya xarici qonaqlara vaxtında və nəzakətlə xidmət göstərilməsini və Otel qaydalarına riayət etməyi təmin etmək üçün Təsərrüfat şöbəsinin işçi heyətinə nəzarət etmək. 
  • Hər gün müntəzəm olaraq Qrup rəhbərlərinin vəzifələrini müəyyən edir və onlara xüsusi layihələr təqdim edir, inkişafa nəzarət edir və Menecerə bu işlər barədə məruzə edir.
  • Otaqları, xüsusilə V.I.P., V.V.I.P. və Daimi Qonaqların, yoxlayır və bu qonaqları istədikləri zaman güllərlə təmin edir və onların digər istəklərini həyata keçirir.
  • Cihazların, avadanlıqların və rahatlıq üçün əlverişli şəraitin təmiz olması və yaxşı təşkil olunması üçün Mərtəbələri və İctimai yerləri yoxlayır; xarici podratçıların müqavilələrinə uyğun olaraq fəaliyyət göstərmələrini təmin etmək üçün onlar tərəfindən icra olunan işlərə nəzarət edir;
  • “Yeni Ağdam Hotel Company” MMC-nin hotel standartlarına uyğun olaraq tədbirlər həyata keçirir;
  • İş üçün müraciət edənləri yoxlamaqla və onlarla müsahibə keçirməklə yeni işçi heyətinin seçilməsində iştirak edir;
  • Əməkdaşlar üçün təlimlər təşkil edir, təlim planı tərtib edir və Menecerlə razılaşdırılır.;
  • Təmizlik üzrə işçi heyətini gündəlik operativ fəaliyyət və problemlər barədə xəbərdar edir və onları işləri ilə bağlı olan bütün məlumatlarla təmin edir;
  • Bütün lazım olan avadanlıqları qabaqcadan müəyyən edir və quraşdırır, onların istifadəyə yararlı olmasını təmin edir;
  • Qonaqların və digər şöbələrin rahatlıqlarını təmin etmək və onları məmnun etmək üçün onların şərh və təkliflərini alır. Təmizlik şöbəsinin göstərdiyi xidmətləri təkmilləşdirmək üçün Menecerə məsləhətlər verir;
  • Cədvəl tərtib etmək, yoxlamalar və qeydlər aparmaq, inkişaf etmək, digər müvafiq şöbələrlə əlaqə saxlamaqla ümumi təmizlik kimi müxtəlif təmizlik layihələrində iştirak etmək;
  • Biznes işlərini həyata keçirmək üçün illik mühafizəçi qrupu, CAPEX – in və şöbənin büdcəsini hazırlamaqda Menecerə kömək etməlidir;
  • İclaslar keçirmək, məruzələr hazırlamaq, gündəlik qeydiyyatlar aparmaq və s. kimi işlərlə bağlı bir neçə administrativ işləri yerinə yetirməlidir;
  • Ona menecment tərəfindən təyin edilmiş istənilən bu və digər vəzifələri yerinə yetirir.

Tələblər

Təhsil: Ali  və ya orta ixtisas təhsil.

 

İş təcrübəsi: Bu sahədə ən azı 2 il iş təcrübəsi.

 

Bilik və Bacarıqlar:

 

  • 1С 8.3, Opera və İscala proqramlarından işləmə bacarığı;
  • Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı.
  • Peşəkar, işgüzar görünüş və təqdimat;
  • Problemləri həll etmə bacarığı

 

Kompüter bilikləri:

  • Restoran proqramlarından, MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.

 

Dil bilikləri:                          

  • Azərbaycan dili – sərbəst;
  • İngilis dili biliyinin olması vacibdir.
  • İş yeri Ağdam şəhərində yerləşir.
  • Qidalanma və yaşayış yeri və transportla təmin edilir.
  • Uyğun namizədlər zəhmət olmazsa, CV-lərini “Təmizlik üzrə nəzarətçi” qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.


İş yeri:

  • Fəaliyyət ünvanı: Ağdam şəhəri, "Hilton Garden İnn Aghdam" Hotel.


Vakansiya haqqında

Son tarix

May 28, 2026

Paylaşılıb

aprel 28, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Supervayzer

Təhsil

Peşə təhsili

Kateqoriya

İaşə, Turizm və Otel