TABIA Group LLC
Ana səhifə
/
/
/
Tibbi məhsul inkişafı üzrə menecer

Tibbi məhsul inkişafı üzrə menecer

Bu gün

14

Təsvir

  • Sanatoriya–kurort profillərinə uyğun yeni tibbi və wellness xidmət paketlərinin hazırlanması (balneoterapiya, fizioterapiya, dietoterapiya, reabilitasiya proqramları və s.).
  • Mövcud tibbi xidmətlərin təkmilləşdirilməsi, yenilənməsi və müasir tibbi standartlara uyğunlaşdırılması.
  • Müalicəvi proqramların səmərəliliyini qiymətləndirmək və optimallaşdırmaq üçün elmi-tibbi əsaslı təkliflər hazırlamaq.
  • Hər otelin müalicəvi yönümlü brend məhsullarının (tibbi proqram, spa müalicə paketləri və s.) konseptinin yaradılması.
  • Kurortologiya, fizioterapiya və reabilitasiya sahəsində yeni elmi yenilikləri izləmək və xidmətlərə tətbiq etmək.
  • Müalicə nəticələri, qonaq məmnuniyyəti və klinik göstəricilərlə bağlı tibbi məlumatların toplanması, analizi və təhlili.
  • Yeni tibbi məhsulların effektivliyini sübut edən elmi materialların hazırlanması.
  • Departamentə bağlı bütün tibbi personal üçün xidmət standartlarının (SOP) hazırlanması və tətbiqinə nəzarət.
  • Protokolların sanatoriya–kurort tibbi normativlərinə, sağlamlıq turizmi standartlarına və yerli qanunvericiliyə uyğunluğunun təmin edilməsi.
  • Tibbi personal, SPA komandası və əlaqəli şöbələr üçün məhsul, xidmət və protokollar üzrə mütəmadi təlimlərin təşkili və keçirilməsi.
  • Satış və marketinq şöbələrinə tibbi məzmun, xidmət izahları, tibbi üstünlüklər və elmi arqumentlərlə dəstək verilməsi.
  • Müştərilər (qonaqlar) üçün tibbi məlumat kitabçalarının, proqram broşürlərinin və təqdimat materiallarının hazırlanması.
  • Yeni tibbi məhsul və proqramların tətbiqi üzrə layihələrin idarə olunması (planlama, büdcələşdirmə, icra və hesabatlıq).
  • Sanatoriya–kurort konseptlərinin inkişafı üzrə strateji planların hazırlanmasında iştirak.
  • Tibbi xidmətlərin effektivliyi, qonaq tələbatı, mövsümi trendlər və məhsul performansı üzrə aylıq və illik hesabatlar hazırlamaq.
  • Yeni tibbi proqramların tətbiqi nəticələrinin dəyərləndirilməsi və inkişaf imkanlarının təklif edilməsi.
  • Sanatoriya–kurort profillərinə uyğun yeni tibbi və sağlamlıq proqramlarının hazırlanması.
  • Mövcud müalicə paketlərinin modernləşdirilməsi, standartlaşdırılması və səmərəliliyinin artırılması.
  • Otellər üzrə fərdi tibbi məhsul və brend proqram konsepsiyalarının hazırlanması (detoks, reabilitasiya, kardioloji proqramlar, ortopedik bərpa və s.).
  • Azərbaycan daxilində sanatoriya–kurort sahəsində bazar təhlili aparmaq: müştəri tələbatı, rəqib xidmətləri, trendlər və yeni imkanlar.
  • Müalicəvi və wellness xidmətlərinin regionlar üzrə tətbiqi və genişləndirilməsi üçün strategiya hazırlamaq.
  • Yerli tibbi mütəxəssislər, klinikalar, reabilitasiya mərkəzləri, spa və wellness qurumları ilə əməkdaşlıqlar qurmaq.
  • Ölkə daxilində yeni məhsul və proqramların tanıdılması üçün tibbi təlimlər, təqdimatlar və əməkdaşlıq layihələri həyata keçirmək.
  • Xarici bazarlar üzrə tibbi turizm, kurortologiya və wellness trendlərini araşdırmaq və yeni inkişaf istiqamətlərini təklif etmək.
  • Beynəlxalq sanatoriya, spa, wellness və reabilitasiya mərkəzlərinin məhsul modellərini analiz edərək şirkətə uyğunlaşdırmaq.
  • Şirkətin tibbi məhsul və proqramlarının beynəlxalq bazarlara çıxışı üçün konsept, paketləşdirmə və fərqləndirmə strategiyasını hazırlamaq.
  • Xaricdəki tibbi klinikalar, sağlamlıq turizmi agentlikləri, sığorta şirkətləri və reabilitasiya qurumları ilə əməkdaşlıq imkanlarının qurulmasına dəstək vermək.
  • Beynəlxalq sərgilərdə, tibbi turizm forumlarında və konfranslarda məhsulların təqdimatı üçün tibbi kontenti hazırlamaq.
  • Xarici qonaqlar üçün uyğunlaşdırılmış, çoxdilli tibbi proqramların strukturunu və tibbi məlumat materiallarını hazırlamaq.
  • Kurortologiya, fizioterapiya, reabilitasiya və wellness sahəsində beynəlxalq yenilikləri izləmək və məzmunu məhsullara adaptasiya etmək.
  • Yerli və xarici qonaqların tibbi nəticələri üzrə məlumatları təhlil edərək məhsulun inkişafına dair təkmilləşdirilmiş modullar yaratmaq.
  • Ölkə daxili və beynəlxalq əməkdaşlıq üçün tibbi və məhsul üzrə təlimlərin keçirilməsi.
  • Marketinq və satış şöbələrinə tibbi məlumatlar, elmi arqumentlər və proqram məzmunu ilə dəstək vermək.
  • Qonaqlara yönəlik tibbi məlumat kitabçaları, proqram bukletləri və elmi əsaslandırmalar hazırlamaq.
  • Yeni məhsulların həm ölkə daxilində, həm də xarici bazarlarda tətbiqi üçün layihələrin idarə olunması.
  • Marketinq, satış, icraçı rəhbərlik, keyfiyyət, tənzimləyici və tibbi şöbələrlə sıx koordinasiya.
  • Ölkədaxili və beynəlxalq məhsul performans göstəriciləri üzrə aylıq və illik analitik hesabatlar hazırlamaq.
  • Müalicə nəticələrini, qonaq məmnuniyyətini və məhsul rentabelliyini ölçərək inkişaf strategiyaları təqdim etmək.

Tələblər

Təhsil:

  • Ali tibbi təhsil

 

 

İş təcrübəsi:

  • Tibb sahəsində iş təcrübəsi minimum 5 il
  • tibbi nümayəndə, tibbi məsləhətçi, məhsul mütəxəssisi və ya Medical Affairs sahəsində təcrübə.

 

Bilik və Bacarıqlar:

  • Ünsiyyət bacarıqları: Əla dinləmə, danışma və yazı bacarıqları olmalıdır (azərbaycan, rus və ingilis dillərində).
  • Detallara diqqətli olmaq: Planlaşdırma və hesablama kimi iş vəzifələrini yerinə yetirməyi bacarmalıdır
  • Analitik Bacarıqlar: Yeni qanun və qaydaları anlamalı və onlara uyğunlaşmağı bacarmalıdır
  • Problem həll etmə bacarığı: Problemləri müəyyən etməyi və sonra onları effektiv şəkildə həll etməyi bacarmalıdır.

 

 

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

 

Dil bilikləri:                          

  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – yaxşı səviyyədə;



Vakansiya haqqında

Son tarix

July 23, 2026

Paylaşılıb

iyun 23, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə