Mars Overseas Baku LTD MMC

İT biznes analitik

Bu gün

4

Təsvir

Biznes proseslərini təhlil etmək, mövcud sistemləri qiymətləndirmək və inkişaf ehtiyaclarını müəyyənləşdirmək;

Müxtəlif departamentlərlə görüşlər keçirmək, biznes tələblərini toplamaq, təhlil etmək və dəqiqləşdirmək;

Biznes tələblərini proqramçı/texniki komandalara aydın şəkildə təqdim etmək;

Layihələrin implementasiya prosesini koordinasiya etmək və icra vəziyyəti barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;

Dəyişiklik tələblərini (Change Request) idarə etmək və prioritetləşdirmək;

Korporativ informasiya sistemləri üçün texniki tapşırıqlar və funksional spesifikasiyaları hazırlamaq;

Sistemlərin istifadəsinə dair istifadəçi təlimatları hazırlamaq və son istifadəçilər üçün təlimlər keçirmək.


Tələblər

Təhsil - Ali (İnformasiya Texnologiyaları, Kompüter Elmləri, İnformasiya Sistemləri, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə)

Təcrübə - İT Biznes Analitik və ya oxşar vəzifədə minimum 1-3 il iş təcrübəsi

Dil bilikləri - Azərbaycan dili sərbəst, Rus dili yaxşı səviyyədə

Kompüter bilikləri - MS Office, Outlook, Jira, Confluence işləmə bacarığı


Analitik və sistemli düşüncə tərzi;

Güclü ünsiyyət və təqdimat bacarıqları;

Dəyişikliklərə çevik uyğunlaşma və təşəbbüskarlıq.


Təklif edirik:

Korporativ nömrə

Könüllü tibbi sığorta;

Təlimlərdə iştirak imkanı;

Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Vakansiya haqqında

Son tarix

November 25, 2026

Paylaşılıb

oktyabr 26, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik