Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Backend Proqramlaşdırma şöbəsinin Aparıcı / Baş Mütəxəssis

Backend Proqramlaşdırma şöbəsinin Aparıcı / Baş Mütəxəssis

Bu gün

10

Təsvir

  • Backend arxitekturasının formalaşdırılması, mikroservis dizayn qərarlarının verilməsi və mövcud sistemlərin modernizasiyası istiqamətində texniki yol xəritəsinin hazırlanması;
  • Java/Spring ekosistemində yüksək performanslı, təhlükəsiz və genişlənə bilən xidmətlərin inkişaf etdirilməsi, code review prosesinin idarə edilməsi, kodlaşdırma standartlarının müəyyənləşdirilməsi və tətbiqinin təmin edilməsi;
  • Komanda daxilindəki mühəndislərə texniki mentorluq göstərilməsi, bilik paylaşımı sessiyalarının keçirilməsi və yeni üzvlərin onboarding prosesinin idarə edilməsi;
  • Product Owner, biznes analitikləri, QA və digər komandalarla sıx əməkdaşlıq edərək feature-ların prioritetləşdirilməsi, texniki həllərin razılaşdırılması və Agile seremoniyalarında fəal iştirak;
  • Sistemlərin monitorinqi, performans darboğazlarının aradan qaldırılması, SQL optimallaşdırılması və insidentlər zamanı root cause analysis aparılması.


Üstünlüklərimiz:


  • Böyük və stabil komandada təcrübə qazanmaq imkanı;
  • Real biznes proseslərində iştirak etmək imkanı;
  • Davamlı öyrənmə və texniki inkişaf üçün imkanlar;
  • Şəffaf kommunikasiya və dəstəkləyici iş mühiti;
  • Karyera inkişafı üçün perspektivlər;
  • Könüllü tibbi sığorta.

Tələblər

  • Minimum 5 il proqram mühəndisliyi təcrübəsi, ən azı 2 ili texniki liderlik rolunda.
  • Java və OOP prinsipləri üzrə dərin biliklər;
  • Spring Boot, Spring Data, Spring Web və Spring Security üzrə praktiki təcrübə.
  • Hibernate ilə işləmə bacarığı;
  • Mikroservis arxitekturasının dizaynı və tətbiqi — Saga, Circuit Breaker və API Gateway kimi pattern-ların istifadəsi;
  • REST API dizaynı və inteqrasiyası;
  • PostgreSQL və Oracle ilə iş təcrübəsi, SQL optimallaşdırılması;
  • Redis ilə caching həlləri. Kafka ilə asinxron mesajlaşma arxitekturalarının qurulması;
  • Docker, Kubernetes, Git, unit test və mock server alətləri (Hoverfly, WireMock) ilə təcrübə. Problem analizi, müstəqil qərarvermə və komanda ilə effektiv kommunikasiya bacarığı.


Üstünlük:


  • Bank və ya maliyyə sektorunda təcrübə;
  • Yüksək yüklü sistemlərlə iş təcrübəsi;
  • CI/CD pipeline-ları (Jenkins, GitLab CI);
  • Monitorinq alətləri — ELK, Grafana, Prometheus. Camunda, Kong API Gateway, PL/SQL, Apache Solr;
  • Agile/Scrum üzrə güclü praktiki təcrübə.

Vakansiya haqqında

Son tarix

June 12, 2026

Paylaşılıb

may 13, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə