ƏR-nin Bankın maliyyə baxımından sabitliyinə və onun kreditorlarının və əmanətçilərinin maraqlarına təhlükə yaratmayan səviyyədə saxlasılması üçün tədbirlər görmək;
ƏR üzrə daxil olan hesabatlığı işləyib hazırlamaq, təhlil etmək və sualları araşdırmaq;
ƏR ilə bağlı mümkün olan itkilərin azaldılması (aradan götürülməsi) əsasında Bankın aktivlərini və kapitalını maksimum qoruyub saxlamaq;
ƏR-nin məqbul səviyyəsini aşkar etmək, ölçmək, müəyyən etmək və qiymətləndirmək; • ƏR-nin monitorinqini və statistikasını aparmaq;
ƏR-nə nəzarət etmək və onu minimumlaşdırmaq;
ƏR-i üzrə qərarlara nəzarət etmək;
ƏR-nə nəzarət üsullarını müəyyənləşdirmək;
Eyniləşdirilmiş risklərin reallaşdırılması ilə bağlı olan potensial risklərin qəbul oluna bilən səviyyəyədək aşağı salınması üzrə prosedur və tədbirləri yerinə yetirmək;
Təhlilin nəticələri barədə rəhbərliyə hesabat vermək;
Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara və AR-nın bu sahədə mövcud qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirmək;
Rəhbərliyə Şöbənin icraatında olan işlərin vəziyyətinə dair hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək;
Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
İqtisadi sahə üzrə bakalavr ali təhsili;
Kompüterdən əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel, Outlook), İnternetdə işləmə bacarığı);
Azərbaycan və Rus dilləri üzrə sərbəst bilik;
Xarici dil üzrə (İngilis dili) “Upper-intermediate” səviyyədə bilik;
Kollektivlə ünsiyyət qurmaq bacarığı;
Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
Fəaliyyətin zəif tərəflərini aşkarlamaq qabiliyyəti;
Müvafiq sahə üzrə minimum 5 il və daha artıq iş təcrübəsi.