Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
iOS üzrə Funksional Sahə Rəhbəri

iOS üzrə Funksional Sahə Rəhbəri

Bu gün

33

Təsvir

  • Bankın mobil tətbiqlərinin inkişafı üçün iOS texnologiyalarının seçimi və tətbiqini idarə etmək;
  • Layihələrdə Clean Architecture, Modular Architecture və ən yaxşı iOS praktikalardan istifadəni təmin etmək;
  • Kod keyfiyyətini artırmaq, code review aparmaq və standartların qorunmasına nəzarət etmək;
  • Crashlytics, Firebase, NewRelic və ya bənzər alətlər vasitəsilə tətbiqin monitorinqi və analitik hesabatların izlənməsi;
  • CI/CD proseslərinin inkişafına rəhbərlik etmək;
  • iOS developer komandasına mentorluq etmək və bilik mübadiləsi aparmaq;
  • Komanda üzvlərinin peşəkar inkişafını izləmək və texniki dəstək göstərmək;
  • Komandada agile mədəniyyətini dəstəkləmək və cross-squad əməkdaşlığı təmin etmək;
  • Məhsul sahibi, Biznes Analitik və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Yeni texnologiyaları izləyərək innovativ həllərin tətbiqinə təşəbbüs göstərmək;
  • Böyük həcmli istifadəçi bazasına xidmət edən iOS tətbiqlərinin miqyaslana bilməsini təmin etmək;
  • Texniki mövzuları biznes meyarlar ilə izah edərək rəhbərliklə müntəzəm hesabatlılığı təmin etmək.


Üstünlüklərimiz:


  • Hybrid iş rejimi;
  • Pərakəndə, Korporativ, İnvestisiya və digər bank sahələrində müxtəlif miqyaslı layihələrdə iştirak imkanı;
  • İnnovativ texnologiyalar və müasir arxitekturalarla işləmək fürsəti;
  • Komanda daxilində bilik mübadiləsi və peşəkar inkişafın dəstəklənməsi imkanı.



Tələblər

  • iOS platforması üzrə 5 ildən çox təcrübə;
  • Swift, RxSwift, PromiseKit, async/await, Swift Package Manager, CoreData/Keychain kimi texnologiyalarla təcrübə;
  • Clean Architecture, MVVM, Modular Architecture, Design Patterns, SOLID arxitektura prinsipləri üzrə təcrübə;
  • Unit/UI testləri, snapshot testləri, Instruments ilə performans analizləri vasitəsilə keyfiyyət təminatı sahəsində təcrübə;
  • CI/CD təcrübəsi: Git-flow, GitLab, Fastlane istifadə bacarığı;
  • Təhlükəsizlik və uyğunluq üzrə biliklər: data qorunması, SSL pinning, device binding prinsipləri;
  • iOS Human Interface Guidelines (HIG) və Apple App Store Review Guidelines üzrə praktiki biliklər;
  • Bank və ya fintech layihələrində real istehsal təcrübəsi üstünlükdür;
  • Mentorluk, liderlik və effektiv kommunikasiya bacarıqları.


Vakansiya haqqında

Son tarix

November 4, 2025

Paylaşılıb

sentyabr 25, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə