A
Ana səhifə
/
/
/
Komplayns şöbəsinin Aparıcı/Baş Mütəxəssisi

Komplayns şöbəsinin Aparıcı/Baş Mütəxəssisi

  • Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

8

Təsvir

  • Bankın normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasını həyata keçirmək;
  • Bankın məhsul və xidmətlərinin ölkədaxili qanunvericiliyə, qaydalara və beynəlxalq standartlara uyğunluğuna dair rəy verilməsi;
  • Komplayens məsələləri ilə bağlı təlimlərin keçirilməsi və işçilərin məlumatlandırılması;
  • Biznes və əlaqəli digər departamentlərdən/funksiyalardan daxil olmuş komplayens tələblərinə dair sorğuların cavablandırılması;
  • Bankdaxili strukturların və onların fəaliyyətinin davamlı əsasda komplayens baxımından monitorinqinin aparılması;
  • Bankda mövcud proseslərin avtomatlaşdırılmasında regulativ və bankdaxili tələblərə uyğunluğun təmin edilməsi və pozuntuların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin verilməsi;
  • Rüşvətxorluq və korrupsiya ilə mübarizə, həmçinin əlaqəli digər bankdaxili siyasətlərin və qaydaların idarə edilməsinə dəstək göstərilməsi;
  • Maraqlar toqquşması hallarına dair risklərin qiymətləndirilməsi və nəzarətin qurulması;
  • Komplayens ilə bağlı məsələlərin bank əməkdaşlarına düzgün kommunikasiyasının təmin edilməsi;
  • Bank daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasının yoxlanılması və müvafiq hesabatların hazırlanması;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, zəruri addımların atılması;


Tələblər

  • Hüquq sahəsində ali təhsilinin olması;
  • Müvafiq sahə üzrə iş təcrübəsinin olması arzuolunandır;
  • Azərbaycan Respublikasının hüquqi aktlarının bilməsi;
  • Hüquqi sənədlərin tərtibi, sistemləşdirilməsi və uçotu qaydaların bilməsi;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi;
  • İngilis, Rus dillərinin orta səviyyədə bilməsi;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Tapşırığı effektiv şəkildə planlaşdırmaq, təşkil etmək, prioritetləşdirmək və yerinə yetirmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri.

Vakansiya haqqında

Son tarix

September 30, 2025

Paylaşılıb

avqust 21, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Maliyyə, Biznes və idarəetmə