Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin baş Mütəxəssisi

Rəqəmsal dələduzluq ilə mübarizə bölməsinin baş Mütəxəssisi

Bu gün

89

Təsvir


·  Bölməyə daxil olan sorğuları təhlil etmək, araşdırmaq və müvafiq tədbirlər görmək;

·  Kartlar və digər rəqəmsal kanallar üzrə baş verən dələduzluq

insidentlərini təhlil etmək, trendləri izləmək və qabaqcıl təcrübələri tətbiq

etmək;

·  Mövcud riskləri müəyyən etmək və risklərin azaldılması üzrə

tədbirlər planının hazırlanmasında iştirak etmək;

·  Dələduzluqla mübarizə sistemlərində nəzarət mexanizmlərini

təkmilləşdirmək;

·  Bölmənin səlahiyyətinə aid daxili və xarici sorğuları idarə

etmək;

·  Daxili prosedurların, təlimatların və siyasətlərin

təkmilləşdirilməsində iştirak etmək;

·  Rəqəmsal dələduzluq hallarının araşdırılmasına dəstək olmaq,

saxtakarlıq sxemlərini müəyyən etmək və onların qarşısının alınması üçün

təkliflər vermək;

· Trendləri izləmək, mövcud və potensial saxtakarlıq sxemlərini

müəyyən etmək və proqnozlaşdırmaq üçün analitik alətlərdən istifadə etmək;   

·  Dələduzluqla mübarizə üzrə playbook-lar hazırlamaq;

· Analitik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;   

·  Erkən xəbərdarlıq sistemini qurmaq;

·  Əsas risk indikatorlarını hazırlamaq.

Tələblər


  • Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri və ya informasiya təhlükəsizliyi üzrə bakalavr dərəcəsi;
  • Bank əməliyyatları, ödəniş sistemləri və kart texnologiyaları sahəsində dərin biliklər;
  • Hüquqi və texniki sənədlərlə (playbook, FAQ və s.) işləmə təcrübəsi;
  • Kart əməliyyatları, mobil bankçılıq və digər ödəniş alətləri sahəsində bank və ya fintech sektorunda minimum 3 il iş təcrübəsi;
  • Xarici dil bilikləri: ingilis dili (texniki terminologiya səviyyəsində), rus dili biliyi (arzuolunandır);
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook və s.) və sorğuların idarə olunması sistemləri (JIRA, OTRS və s.) ilə işləmə bacarığı;
  • SQL (Oracle) üzrə biliklərin olması;
  • Güclü analitik düşünmə qabiliyyəti, məxfi məlumatlarla işləməkdə yüksək məsuliyyət və etibarlılıq;
  • Məsuliyyətli, operativ və komanda ilə işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

February 25, 2026

Paylaşılıb

yanvar 16, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə