Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Satışın təhlili və tədbirlər üzrə Kiçik Mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis

Satışın təhlili və tədbirlər üzrə Kiçik Mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis

Dünən

391

Təsvir

• Birbaşa satış prosesini təşkil etmək, kredit məhsullarının satışını təmin və idarə etmək;

• Bazarın təhlili – məhsullar barədə tələbi müəyyənləşdirmək və məhsul istiqamətləri üzrə satışları təhlil etmək;

• Müştəri seqmentlərini əhatə etmək üçün tədbirlər planını hazırlamaq;

• Kredit məhsullarının satışına dəstək planının hazırlanmasında iştirak etmək, planın icrasını təmin etmək;

• Satış üzrə hesabatları əldə etmək və araşdırmaq;

• İllik və cari əməliyyat planlarını müəyyənləşdirmək;

• Məhsullar/xidmətlər üzrə göstəricilər haqqında operativ, keyfiyyətli və fasiləsiz informasiya mübadiləsini təmin etmək;

• Prosedurlarda göstərilmiş qaydalardan kənarlaşmaların aradan qaldırılmasını nəzərdə tutan tədbirləri həyata keçirmək;

• Kredit prosedurunun təkmilləşdirilməsi baxımından təkliflər vermək;

• Filiallar tərəfindən yaranmış ehtiyacların ödənilməsi məqsədilə müraciətləri qəbul etmək, aidiyyəti üzrə yönləndirmək və həllinin reallaşdırılması baxımından tədbirlər görmək;

• Pərakəndə məhsullarla əlaqəli effektivliyə nəzarət və müvafiq hesabatların təşkili baxımından işləri həyata keçirmək, hesabatlar vermək;

• Rəqib bankların araşdırılması baxımından tədbirlər görmək;

• Vəzifə öhdəlikləri və səlahiyyətləri çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara uyğun həyata keçirmək.

Tələblər

• Müvafiq sahə üzrə bakalavr ali təhsili;

• Müvafiq sahə üzrə vəzifəyə uyğun 6 aydan 4 ilədək iş təcrübəsi.

• Kompüterdən və ofis proqramlarından peşəkar səviyyədə istifadə bacarığı (Windows, MS Office (Word, Excel, Outlook), SQL, Power BI, Python);

• Azərbaycan və rus dilləri üzrə sərbəst bilik;

• İngilis dili üzrə “Intermediate” səviyyədə bilik;

• Kollektivlə ünsiyyət qurmaq bacarığı;

• Verilmiş materiallardan istifadə edərək təhlil aparmaq və işi yerinə yetirmək bacarığı.

Vakansiya haqqında

Son tarix

December 9, 2025

Paylaşılıb

oktyabr 30, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə