Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Şəbəkə İdarəetməsi və Əməliyyatları Şöbəsinin aparıcı Mütəxəssisi

Şəbəkə İdarəetməsi və Əməliyyatları Şöbəsinin aparıcı Mütəxəssisi

Bu gün

4

Təsvir

  • Şirkətin mövcud şəbəkə konfiqurasiyasına dəstək göstərilməsi və idarə olunması;
  • Palo Alto firewall-ları üzərində gündəlik əməliyyatların aparılması, optimizasiya və təhlükəsizlik siyasətlərinin idarə olunması;
  • Cisco router və switch sistemlərinin konfiqurasiyası və texniki dəstəyi;
  • Şəbəkənin 7/24 yüksək əlçatanlığının və stabil fəaliyyətinin təmin edilməsi;
  • Kritik hallarda nasazlıqların operativ diaqnostikası və aradan qaldırılması;
  • Proaktiv monitorinq, profilaktik texniki baxış və optimallaşdırma işlərinin aparılması;
  • Şəbəkə təhlükəsizliyi risklərinin müəyyən edilməsi və aradan qaldırılması;
  • Dəyişikliklərin idarə olunması (Change Management) və sənədləşdirilməsi;
  • Şəbəkə üzrə standartların və sənədləşmənin hazırlanması və yenilənməsi.


Üstünlüklərimiz:


  • Peşəkar inkişaf və karyera artımı imkanları;
  • Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.

Tələblər

  • Ali təhsil (texniki təhsil üstünlükdür);
  • Şəbəkə və şəbəkə təhlükəsizliyi sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
  • Cisco CCNA və PCNSE sertifikatlarına malik olmaq üstünlükdür;
  • Palo Alto Firewall sistemləri ilə praktiki iş təcrübəsi (Policy Design, Security Profiles, NAT, VPN, HA, QoS);
  • Cisco Router və Switch infrastrukturu ilə iş təcrübəsi (Routing, Switching, VRF, OSPF, BGP);
  • Firewall və şəbəkə təhlükəsizliyi konsepsiyalarını yaxşı səviyyədə anlamaq;
  • VPN texnologiyaları üzrə təcrübə (IPsec Site-to-Site, Remote Access VPN);
  • VoIP sistemləri üzrə anlayış;
  • Wireless şəbəkələr üzrə biliklər;
  • Kritik infrastruktur mühitində işləmə təcrübəsi;
  • İngilis dili biliyi – texniki səviyyədə (dokumentasiyaların oxunması və başa düşülməsi);
  • Komandada işləmək, analitik düşüncə və problem həll etmə bacarığı.

Vakansiya haqqında

Son tarix

June 11, 2026

Paylaşılıb

may 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə