"VİP Xidmətlər Qrupu" MMC
Ana səhifə
/
/
/
Hava Limanı Duty Free zonasında - Brend məhsullarının satışı üzrə məsləhətçi

Hava Limanı Duty Free zonasında - Brend məhsullarının satışı üzrə məsləhətçi

25-10-2024

14.5K

Təsvir


Vəzifə öhdəlikləri:

- Hava limanında aviasərnişinlərə brend məhsullarının seçimində kömək etmək, onların təyinatı, istifadə qaydaları, zəmanəti, keyfiyyəti barədə dolğun məlumat vermək;

- Satışı prosedura uyğun rəsmiləşdirmək, aviasərnişinə bütün müvafiq çekləri təqdim etmək;

- Vitrinlərin və şkafların səliqəsini, merçendayzinqin düzgünlüyünü, uyğun kolleksiyaların düzülüşünü, məhsulların düzgün bölgüsünü təmin etmək.

- 1C retail modulunda məhsulun referans kodu, qiymətləri, şəkli və ya digər məlumatlarında uyğunsuzluq olduğunda satışı rəsmiləşdirmədən öncə aşkar etmək, tabe olduğu rəhbərinə məlumat vermək;



Əmək şəraiti:

- Əmək haqqı: 850 AZN (gross)+bonus;

- İş rejimi: 2 növbəli rejim (08:00-20:00; 20:00-08:00)

İlk iki ay staj müddəti(ödənişli)

- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;

- Nəqliyyat ilə təmin etmə.

- Geyim forması ilə təmin olunma.

Tələblər

- Təhsil: Orta təhsil;

- Yaş həddi: 20 - 35 yaş;

- İş təcrübəsi: 1 ilədək;

- Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini danışıq səviyyəsində bilmək (B1-B2);

- Xoş və görkəmli görünüşlü;

- Satış bacarığı olan, müştərilərlə ünsiyyətdə gülərüz və rahat;

- Ünsiyyət bacarığı, işdə nizam-intizamlı;

- Gecə növbəsində işləyə bilmə.

Vakansiya haqqında

Son tarix

dekabr 4, 2024

Paylaşılıb

oktyabr 25, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

850 - AZN

Kateqoriya

Digər