Bank VTB (Azərbaycan)
Ana səhifə
/
/
/
Hesablaşma-ödəniş əməliyyatlarının müşayiəti şöbəsinin mütəxəssisi

Hesablaşma-ödəniş əməliyyatlarının müşayiəti şöbəsinin mütəxəssisi

06-11-2024

509

Təsvir

·    Bankın müxbir hesabına daxilolmalar üzrə avtomatlaşdırılmış bank sistemində (ABS) müştəri hesablarında vəsaitlərin əks etdirilməsi;

·    Bankla kontragentlər arasında qarşılıqlı hesablaşmaların, o cümlədən təcili köçürmələrin və kommunal ödənişlərin aparılması;

·    Vergi sərəncamlarının icrası və emalı, qanunvericiliyin müddətləri və tələblərinə riayət edilməsi;

·  Hesablaşma-ödəniş əməliyyatları və naməlum məbləğlər üzrə araşdırmaların aparılması;

·    LORO və NOSTRO müxbir hesabları üzrə hesablaşmaların aparılması;

·    Qalıqların gündəlik tutuşdurulması, Bankın bütün müxbir hesablarının balansına çıxış;

·    Hesablaşma-ödəniş əməliyyatlarının icra edilməsi üçün XÖHKS, AZİPS və SWIFT sistemlərinə yaxşı bələd olmaq;

·    LORO hesabları üzrə çıxarışların yığılması və verifikasiyası (МТ9** formatları);

·    Konvertasiya və dilinq əməliyyatları üzrə hesablaşmalar (МТ3** formatları);

·    DSMF vergi sərəncamları və tapşırıqları ilə bağlı balansdankənar mühabirləşmələrin yığılmasıl və verifikasiyası;

· Audit yoxlamaları ilə bağlı Bankın sorğularının, eləcə də digər bankların sorğularına cavabların hazırlanması.


Tələblər

·    İqtisadiyyat, maliyyə və ya oxşar ixtisas üzrə ali təhsil;

·    Bank sektorunda minimum 2 illik iş təcrübəsi, Əməliyyat departamentində profil üzrə təcrübəyə üstünlük verilir;

·    Rus dilində səlis danışmaq (ingilis dilinə üstünlük verilir);

·    Hesablaşma-ödəniş əməliyyatlarını icra etmək üçün zəruri olan əsas bank proqramlarına bələd olmaq;

·    Bank qanunvericiliyi və normativ aktlar üzrə anlayış və biliklər.


Vakansiya haqqında

Son tarix

dekabr 16, 2024

Paylaşılıb

noyabr 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Könüllü tibbi siğorta
  • Performansdan aslı olaraq bonuslar