Daxili normativ aktların bazasını təhlil etmək, hazırlanmasına, aktuallaşdırılmasına ehtiyac olan normativ aktlar barədə təkliflər hazırlamaq;
Daxili normativ aktların kataloqunu hazırlamaq və zərurət olduğu halda yeniləmək;
Daxili normativ aktlarda istifadə olunan terminlər üzrə biznes lüğət hazırlamaq;
Bankın biznes proseslərini və struktur bölmələrin, Bankın əməkdaşlarının işini əhatə edən daxili normativ aktlar hazırlamaq;
Bankın məhsul və xidmətləri üzrə tələb olunan daxili normativ aktları hazırlamaq və ya dəyişiklik etmək;
Bankın struktur bölmələrinin və idarəetmə orqanlarının əsasnamələrini hazırlamaq və Bankın strukturda baş vermiş dəyişikliyi müvafiq daxili normativ aktlarda əks etdirmək;
Daxili normativ aktlara olan ehtiyacın müəyyən olunması, o cümlədən normative aktların hazırlanması/yenilənməsi məqsədilə Bankın struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmaq;
Bankda keçirilən layihələrə metodoloji dəstək göstərmək.
Tələblər
Ali magistr təhsili (iqtisadi və ya hüquqi təhsil);
Azərbaycan Respublikasının maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına dair biliklər;
Bank işi sahəsi üzrə biliklər;
Bank işi sahəsində minimum 1 illik təcrübə;
Azərbaycan dilinin orfoqrafiyasını və qrammatikasını mükəmməl səviyyədə bilmək;
Analitik və kreativ düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusi ilə “Word”, “Visio, Excel, DraW IO”);
Dil bilikləri: İngilis və Rus dili orta səviyyədə.