Xalq Bank
Ana səhifə
/
/
/
Kredit İdarəsinin Layihə maliyyələşdirilməsi kreditlərinin təhlili və nəzarət şöbəsinin mütəxəssisi

Kredit İdarəsinin Layihə maliyyələşdirilməsi kreditlərinin təhlili və nəzarət şöbəsinin mütəxəssisi

Dünən

5.3K

Təsvir

  • Bankın əməkdaşlıq etdiyi Fondların elektron sistemləri üzrə işlərin aparılması;
  • Bankın əməliyyat sistemində işlərin aparılması;
  • Bankın əməkdaşlıq etdiyi Fond kreditləri üzrə Kredit İdarəsinə daxil olmuş müraciətlərin təhlili;
  • Bankın filiallarına şöbənin fəaliyyət istiqamətinə uyğun kredit sifarişi ilə müraciət edən sahibkarlıq subyektlərinin kredit məhsullarından, o cümlədən, Bankın əməkdaşlıq etdiyi Fondların maliyyələşdirdiyi güzəştli kreditlərdən istifadəsinin əlçatanlığını təmin etmək, müraciətlərin operativ və keyfiyyətli formada təhlil olunaraq rəsmiləşdirilməsinə dəstək olmaq;
  • Layihə maliyyələşdirilməsi kreditlərinin, o cümlədən yeni və ya mövcud layihələrin maliyyələşdirilməsi məqsədilə biznes kreditlərinin, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Biznes və aqrar kreditlər üzrə), Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin və Kənd təsərrüfatı kredit məhsulları üzrə filialların kredit bölmələrinin əməkdaşlarına lazımi məsləhətlərin verilməsi və onların bu sahədə işinə nəzarət;
  • Aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
  • Fondların və Bankın vəsaiti hesabına maliyyələşdirilmış kreditlər üzrə monitorinqlərin keçirilməsini təmin etmək və keyfiyyətinə nəzarət etmək;
  • Bankın kredit əməliyyatlarını maliyyələşdirən dövlət təşkilatları, xarici banklar, beynəlxalq maliyyə təşkilatları, ixrac agentlikləri, Azərbaycan Respublikası qeyri-dövlət maliyyə təşkilatları və digər təşkilatlarla əməkdaşlıq edilməsi, danışıqların aparılması, müxtəlif layihələrin hazırlanmasında iştirak, daxil olmuş sorğular əsasında lazımi sənədlərin hazırlanması və onlara təqdim olunması;
  • Zərurət yarandıqda Banka kredit sifarişi edən müştərilərlə görüşlər keçirmək;
  • Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.

Tələblər

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
  • Layihə maliyyələşdirilməsi kreditləri, kənd təsərrüfatı və aqrar sahənin kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;
  • Bankda Kredit sahəsində (Biznes və aqro kreditlər sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.




Vakansiya haqqında

Son tarix

oktyabr 16, 2024

Paylaşılıb

oktyabr 15, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə