Yelo Bank ASC
Ana səhifə
/
/
/
Bank proqram sisteminin inkişafı şöbəsində Biznes analitik (core banking)

Bank proqram sisteminin inkişafı şöbəsində Biznes analitik (core banking)

  • Yelo Bank ASC
  • 81k Həsən bəy Zərdabi, Bakı 1012, Azərbaycan
  • Tam ştat

24-09-2024

1K

Təsvir

  • Layihələri təşəbbüsü, o cümlədən layihə sifarişlərinin toplanması və baxılması.
  • Layihələrin idarə edilməsinə dəstək;Layihələrin gerçəkləşməsinə mane olan problemlərin həllinə dəstək.
  • Layihənin şərtləri və ya büdcəsi təsdiq olunmuşdan artıq dəyişdiyi halda, layihə sənədləşməsinin düzəldilməsi və hazırlanması.
  • Təsdiq olunmuş layihə sənədləşməsinin layihələrin icrasının uyğunluğunun monitorinqi və cari nəzarət.
  • Sistemlərdəki dəyişikliklərə dair tələblərin təhlili.
  • Layihələr üzrə hesabatların hazırlanması.
  • Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək.
  • Mövcud proseslərin səmərəliliyi və mümkün olan optimizasiyasının auditinə dəstək.
  • Təcrübələrə və sənaye həllərinə əsaslanaraq arzu olunan hədəflərə çatmaq və ya yaxınlaşdırmaq üçün alternativ həllər təklif etmək.
  • Bank və əlaqəli sistemlərin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması.
  • Layihələrin effektiv realizasiyasını, əlaqələndirilməsini və idarəetməni təmin edilməsinə dəstək olmaq.
  • Layihələrin gerçəkləşməsi çərçivəsində bankın bölmələri arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi.
  • İdarə Heyətinin, İdarə Heyəti sədrinin və birbaşa rəhbərlərin birbaşa tapşırıqlarının icrası.
  • Layihələrin gerçəkləşməsi çərçivəsində bölmələrin qarşılıqlı əlaqələri üzrə metodoloji və reqlamentli sənədlərin və layihələrin tətbiqi metodologiyasının aktual vəziyyətdə dəstəklənməsi və işlənməsi
  • Bankın proqram təminatlarının dəstəyi.
  • Biznes proseslərini və iş proseslərini, həmçinin onların mövcud və gələcək proqram təminatları ilə əlaqələrini anlamaq və sənədləşdirmək.
  • Təklif olunan layihələrin miqyasını, faydalarını və riklərini optimallaşdırmaqla biznes istifadəçilərinə və İT rəhbərliyinə dəstək olunması, istifadəçilərin və rəhbərliyin gözləntilərinin idarə etməkdə dəstək.
  • Layihələrin icrası üçün daxili resursları və üçüncü tərəfi/təchizatçıları əlaqələndirmək.
  • Bütün layihələrin vaxtında, əhatə dairəsi daxilində və büdcə çərçivəsində icrasını təmin etmək.
  • Layihələri biznes keys, planlama, icra və tamamlanması daxil, başlanğıcdan sona qədər tam olaraq idarə etmək.


Tələblər

  •   SQL, PL/SQL biliklərinin olması.
  •   Soap, Postman üzrə biliklər.
  •   Texniki tapşırığların standart üzrə yazılması.
  •   Bank işinin kredit və qeyri-kredit tərəfləri barədə məlumat.
  •   Bankın mövcud biznes prosesləri, işin təşkili, prinsipi və əməliyyatların icra olunma ardıcıllığı barədə məlumat.
  •   Microsoft Office, bank və digər xüsusi proqramların istismarı.


Biz Sizə nə təklif edirik:

  •   Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  •   Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  •   Tibbi sığorta proqramına qoşulma
  •   Müasir idarəetmə sistemi və mehriban kollektiv


Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

sentyabr 24, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə