- İqtisadiyyat, Riyaziyyat, Statistika, Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya digər əlaqəli sahələr üzrə ali təhsil (son kurs tələbələri də müraciət edə bilərlər);
- Data Science, Machine Learning və müştəri analitikası sahələrinə maraq və bu istiqamətdə inkişaf etmək istəyi;
- Maşın öyrənməsinin əsas anlayışları (reqressiya, təsnifat, modelin qiymətləndirilməsi və s.) üzrə nəzəri biliklər;
- Statistika və ehtimal nəzəriyyəsinin əsasları, statistik testlər və məlumatların təhlili üzrə ilkin biliklər
- Python proqramlaşdırma dili üzrə baza bilikləri;
- SQL üzrə baza bilikləri (SELECT, JOIN, GROUP BY və s.);
- Məlumatların təmizlənməsi, ilkin təhlili (EDA) və nəticələrin şərh edilməsi barədə ümumi anlayış;
- Tableau, Power BI və ya digər məlumat vizuallaşdırma alətləri ilə tanışlıq əlavə üstünlükdür;
- Git və versiya nəzarəti sistemləri haqqında ilkin anlayış əlavə üstünlükdür;
- Churn, NBP/NBO və digər müştəri analitikası modelləri haqqında məlumatlılıq əlavə üstünlükdür;
- Analitik düşüncə və problemlərə sistemli yanaşma bacarığı;
- Detallara diqqət və tapşırıqların dəqiqliklə yerinə yetirilməsi;
- Öyrənməyə həvəs, təşəbbüskarlıq və özünüinkişafa motivasiya;
- Effektiv ünsiyyət və komandada işləmə bacarığı;
- Dəyişən şəraitə uyğunlaşmaq və yeni texnologiyaları sürətlə mənimsəmək bacarığı;
- Vaxtın düzgün idarə edilməsi, məsuliyyətlilik və işə ciddi yanaşma.
İş təcrübəsi tələb olunmur. Universitet layihələri, şəxsi Data Science layihələri, Kaggle yarışlarında iştirak və ya müvafiq təlimlərin tamamlanması vacibdir.