Z
Ana səhifə
/
/
/
İstehsalat üzrə aparıcı mütəxəssis

İstehsalat üzrə aparıcı mütəxəssis

21-07-2025

278

Təsvir

  • Günlük olaraq istehsalat sahəsinə qəbul edilən və göndərilən hazır məhsul, xammal və material dövriyyəsinə nəzarət;
  • Günlük / növbəlik istehsal miqdarlarının və xammal / material istifadə miqdarlarının hesabatının hazırlanması;
  • İstehsal planlarına əsasən sahənin günlük / növbəlik iş planların çıxarılması və  yerinə yetirilməsinə nəzarət;
  • İstehsalatın səmərəliliyini artırmaq, xərcləri azaltmaq və keyfiyyəti yüksəltmək üçün istehsalat proseslərini idarə etmək;
  • İstehsal planlarına əsasən xammal və material ehtiyaclarının çıxarılması, günlük / növbəlik sifarişlərin xammal anbarına bildirilməsi;
  • Yaranan dayanma və digər problemlərin qeydiyyatının aparılması və araşdırılması;
  • İstehsalatla əlaqədar hesabatları, texniki qeydləri düzgün və vaxtında tərtib etmək;
  • Materialların düzgün emal olunması və istehsal prosesinə uyğun işləməsinə nəzarət etmək;
  • İstehsal olunan məhsulların standartlara uyğun olması üçün yoxlamaq;
  •  İstehsal olunan məhsulların qrafikinin tərtib və idarə edilməsi;
  •  İstehsalat proseslərinin və layihələrin idarə edilməsi və optimallaşdırılması;
  •  İş mühitində nizam, intizam və təhlükəsizlik normalarına uyğun çalışmaq.




Tələblər

  • Sənaye mühəndisliyi üzrə Ali təhsili olmalı və 3 il iş təcrübəsinə malik olmalıdır.
  • MS Office proqramlarını bilməli (xüsusən Excel) və istehsalat sahəsinə uyğun mühəndislik proqramları üzrə sertifikatların olması üstünlükdür;
  • İngilis və rus dillərində oxuyub başa düşmək üstünlükdür.


Vakansiya haqqında

Son tarix

August 30, 2025

Paylaşılıb

iyul 21, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər