Təsvir

  • Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
  •  Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə çalışmasını, saxlanılmasını təmin etmək;
  • Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;
  • Avadanlıqların montaj, nizamlama və sazlamasını yerinə yetirmək və avadanlıqların pasportlarının, istismarı üzrə təlimatların tərtib etmək;
  • İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək;
  • Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
  • Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək.


Tələblər

·   Avadanlıqların, qurğuların təmiri üzrə metodik və normativ materialları bilməli, texnoloji avadanlıqların istismarı qaydalarını, müəssisənin texniki inkişaf perspektivlərini, təmir işlərinin təşkili və texnologiyasını bilməli;

·     Avadanlıqların təmirə təhvil və təmirdən qəbulu qaydalarını bilməli;

·    İstehsalatda texnika və avadanlıqların iş prinsipi və mexanizmlərinin idarəedilməsi ixtisası üzrə ali və ya orta ixtisas təhsili olmalı və istehsal avadanlıqlarının iş rejimləri, onların texniki-istismar qaydaları, avadanlıqların təmirə verilmə və təmirdən alınma qaydaları sahəsində 3 il iş təcrübəsinə malik olmalıdır;

·     Avadanlıqların texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, təyinatını, iş rejimini və istismarı qaydaları haqqında mexanika mühəndisliyi sertikatının olması üstünlükdür;

·     Məsuliyyətli olmalı, etik davranış və təhlükəsizlik texnikası qaydalarını bilməlidir;

·     İngilis və rus dillərində oxuyub başa düşmək üstünlükdür.

Vakansiya haqqında

Son tarix

August 30, 2025

Paylaşılıb

iyul 21, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər