Dünən
321
Əmək funksiyaları:
1. Şöbənin fəaliyyət istiqamətləri üzrə qaydaların hazırlanması, müqayisələrin aparılması və təkliflərin hazırlanması;
2. Əməkdaşların illik fərdi məqsədlərinin müəyyən edilməsi, məqsədlərlə bağlı əsas səmərəlilik göstəricilərinin (ƏSG) və səmərəlilik göstəricilərinin (SG) təyin olunması;
3. Əməkdaşların illik fəaliyyətinin qiymətləndirilməsinin yekun nəticələrinin hazırlanması və buna uyğun olaraq əməkdaşların əldə edəcəkləri mükafat miqdarının hesablanması;
4. Yüksək əmək fəaliyyəti (performans) göstərən və potensiallı əməkdaşların müvafiq təhlillər əsasında müəyyən edilməsi.
5. Karyera planı və karyera xəritələrinin hazırlanması;
6. Fərdi inkişaf planlarının hazırlanması;
7. Davamçıların idarə edilməsi planının hazırlanması.
8. Təşkilatın səriştə modelinin hazırlanması və inkişaf etdirilməsi;
9. Vəzifə və peşə təlimatlarının hazırlanması və ehtiyac yarandıqda müvafiq məlumatlandırma sessiyalarının həyata keçirilməsi;
10. Şöbənin fəaliyyəti istiqamətində müvafiq dövrü hesabatların hazırlanması;
11. Əməkdaşların təlim ehtiyacları, fərdi inkişaf və karyera planları əsasında təlim proqramlarında hazırlanması;
12. Müəssisədaxili təlimçi proqramının idarə edilməsi;
13. Təlim nəticələrinin qiymətləndirilməsi və təhlil edilməsi;
14. Yeni gələn əməkdaşlar üçün adaptasiya proseslərinin idarə edilməsi;
15. Təcrübəçi proqramının idarə edilməsi;
16. İstehsalat təcrübəsi ilə bağlı təhsil müəssisələri ilə əməkdaşlığın qurulması, müvafiq strategiyanın hazırlanması və inkişaf etdirilməsi;
17. Müxtəlif növ təlimlərin təşkili üçün hazırlanmış tədris-mövzu planları layihələrinin qiymətləndililməsi və müvafiq meyarların təkmilləşdirilməsi.
18. Əməyin ödənilməsi sisteminin qurulması və inkişaf etdirilməsi;
Tələblər:
· İş təcrübəsi: 6 il müvafiq sahə üzrə iş stajı; 1 il müvafiq sahə üzrə baş mütəxəssis vəzifələrində iş stajı;
· Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə);
· Kompüter bilikləri: peşəkar səviyyədə Microsoft Office proqramları (MS Word, MS Excel, MS Power Point, MS Outlook, MS Visio);
· İnsan resurslarının idarə edilməsi sahəsində sertifikatlar (SHRM, HRCI, CIPD və s.) arzuolunandır.
Vəzifənin tələb etdiyi səriştələr:
· Nəticə yönümlülük;
· Komanda ruhu;
· Kommunikasiya;
· Problem həll etmək;
· Dəyişikliklərə uyğunlaşmaq;
· Data analitika;
· Layihələri idarə etmək;
· Riskləri idarə etmək;
· Strateji düşünmək;
· Prosesləri idarə etmək;
· Qərar qəbul etmək;
· Fərdi fəaliyyətin qiymətləndirilməsi;
· Vəzifə təlimatlarının hazırlanması;
· Müdafiə sənayesi ilə bağlı məlumatlılıq;
· Əməyin ödənilməsi qaydası;
· Təlim və inkişaf;
· Karyeranın idarə edilməsi;
· Əmək Məcəlləsi;
· İnsan resursları sahəsi üzrə digər normativ hüquqi sənədlər və təlimatlar.
Son tarix
November 18, 2025
Paylaşılıb
oktyabr 9, 2025
Vakansiya növü
Tam ştat