Kontakt Home
Ana səhifə
/
/
/
Gömrük əməliyyatları üzrə mütəxəssis

Gömrük əməliyyatları üzrə mütəxəssis

Bu gün

1.2K

Təsvir

Vəzifə öhdəlikləri:


  • Beynəlxalq daşınmalar-idxal və ixrac əməliyyatları şöbəsi tərəfindən göndərilən yük sənədlərinin düzgünlüyünün yoxlanması və gömrükləməyə qədər hazırlanması;
  • Gömrük idxal və ixrac bəyannamələrinin düzgünlüyünün yoxlanılması və vaxtında rəsmiləşdirilməsinin həyata keçirılməsi;
  • E-gov.az portalından yüklərin sərhədi keçməsini izləyib, verilən barkodların yük sərhədi keçdikdən sonra, gecikdirilmədən idxalın rəsmiləşdirilməsinin həyata keçirilməsi;
  • Bakı Baş Gömrük İdarəsi tərəfindən geri qaytarılan, eləcə də, uyğunsuzluq aşkarlanan bəyannamələrin səbəbini araşdıraraq problemin aradan qaldırılmasının təmin edilməsi;
  • Zərurət yarandığı halda terminallardan yüklərin çıxarılması və anbara təhvil verilməsi üçün lazımi işlərin görülməsi;
  • Bölmə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.


İş şəraiti:

 

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00

Tələblər

 

Tələblər:


  • Ali təhsil;
  • Azərbaycan dili (əla), Rus və İngilis dilləri biliyi orta səviyyədə;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi arzuolunandır;
  • Gömrük qanunvericiliyi sahəsində nəzəri biliklərinin olması ;
  • İdxal, ixrac prosesi və logistik və broker əməliyyatlar haqqında ümumi anlayışın olması;
  • Incoterms biliklərin olması (2010/2020);
  • Microsoft Office proqramlarını bilməsi.

Vakansiya haqqında

Son tarix

oktyabr 29, 2024

Paylaşılıb

sentyabr 19, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

1100 - 1300 AZN

Kateqoriya

Logistika və nəqliyyat