Təsvir

  • Texniki vasitələrdən səmərəli istifadə etmək, ətraf mühitin mühafizəsi tələblərinə riayət etmək;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi və Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində İntizam Nizamnaməsinə əsasən müəyyən edilmiş norma və qaydalara, dəmir yolu nəqliyyatında tətbiq edilən normativ hüquqi aktların tələblərinə riayət etməklə, rəhbərlik tərəfindən verilən əmr və göstərişləri, eləcə də əmək müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək;
  • Təyin olunmuş istehsalat sahəsində işçilərə rəhbərlik etmək;
  • Təsdiq edilmiş iş planının vaxtında yerinə yetirilməsini təmin etmək, rexnoloji prosesə əsasən iş yerlərində işi təşkil etmək;
  • Sexdə işçilərin yerləşdirilməsini, işin mütəşəkkil aparılması üçün material və hissələrlə təmin edilməsini təşkil etmək;
  • Texniki təhlükəsizlik, əməyin mühafizəsi tələblərini və yanğın təhlükəsizliyi qaydalarının yerinı yetirilməsini təmin etmək;
  • Sexdə fəhlələrin alət və düzəldilmiş qurğu ilə səmərəli iş fəndlərini tətbiq etmək;
  • İşləri təlimatlandırmaq, icra olunan işin keyfiyyətini müşahidə və ona nəzarət etmək;
  • İşi qəbul etmək və ustaya təhvil vermək;
  • Xammalın işlədilməsinə nəzarət etmək, istehsalat işinin həcmini hesablamaqla keyfiyyətinə qiymət vermək;
  • Avadanlığın və qurğuların saz halda saxlanmasına nəzarət etmək, ustanın hər hansı səbəbdən işdə olmadığı vaxtlarda ustanın vəzifəsini icra etmək;

Tələblər

  • Təhsil səviyyəsi Müvafiq sahə üzrə peşə təhsili;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
  • Texniki və yanğın təhlükəsizliyi parametrləri, fərdi mühafizə vasitələrinin istifadə etmək bacarığı;
  • Tabeliyində olan işçilərin avadanlıq və alətlərlə təchizatı qaydaları bilməli;
  • Müvafiq sənədlərlə iş prinsiplərini bilməli;
  • Problem həll etmə;
  • Nəticəyönümlülük;

Vakansiya haqqında

Son tarix

April 15, 2025

Paylaşılıb

mart 6, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər