Müəssisənin texniki siyasətini, inkişaf perespektivlərini və texniki cəhətdən daima yenilənməsini müəyyən etmək;
Yeni texniki və texnalogiyaların təşkilinə dair tədbirlərin işlənib hazırlanmasını və tətbiqini təşkil etmək;
Hər rüb üzrə depoda lokomotivlərin texniki vəziyyətini, keyfiyyət və kəmiyyət vahidlərinin analizini və hesabatını aparmaq;
Lokomotivlərin istismarı depolarının rəhbərləri tərəfindən ADY üzrə qatarların təhlükəsiz hərəkəti ilə əlaqədar verilmiş əmr və təlimatların müvafiq tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
Əsas depo və dövriyyə məntəqələrində lokomotiv briqadalarının istirahətinin təşkilinə ümumi nəzarəti həyata keçirmək;
Lokomotivlərin hərəkət tərkibinin bütün növləri üzrə texniki xidmətə, cari və əsaslı təmirə göndərilməsinə rəhbərlik etmək, texniki cəhətdən saz lokomotiviərin istismara buraxılmasını təmin etmək;
Yük qatarlarının,həmçinin manevr işlərinin həcminə uyğun qatarların istismara yararlı lokomotivlərlə və hazırlıqlı lokomotiv briqadaları ilə təmin edilməsi işinə nəzarət etmək;
Müəssisəyə aid texniki sənədləşdirmənin vaxtında hazır olmasını təmin etmək;
Baş vermiş xəta hadisələrinin araşdırılmasında iştirak etmək;
Rəhbərliyin verdiyi yazılı və ya şifahi tapşırıqları icra etmək.
Təhsil: Ali (Müvafiq sahə üzrə);
Komputer bilikləri: MS Office
Əməyin mühafizəsi, texniki, yanğın və hərəkətin təhlükəsizliyinin aidiyyəti norma və qaydalarını;
Texniki İstismar Qaydaları.
Son tarix
dekabr 9, 2024
Paylaşılıb
dekabr 3, 2024
Vakansiya növü
Tam ştat