Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Texnologiyaların tətbiqi və inkişafı üzrə mütəxəssis (Gəncə)

Texnologiyaların tətbiqi və inkişafı üzrə mütəxəssis (Gəncə)

Dünən

89

Təsvir

  • Kompüterlər, printerlər ve digər avadanlıqların (o cümlədən şəbəkə avadanlıqları), proqram təminatlarının quraşdırılması, sazlanması və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
  • Gündəlik yaranan nasazalıqları aradan qaldırmaq, kompüterlərin formatı, təmiri və proqramların yazılmasını həyata keçirmək;
  • Office proqramları ilə bağlı əməkdaşlara texniki dəstək göstərmək;
  • Tapşırıqların təyin edilməsinin formalaşdırılması, onların alqoritmləşdirilməsi üzərində işin aparılması, sistemin ayrı-ayrı elementlərinin həllərinin yazılması, imkanlarının müəyyənləşdirilməsini icra etmək, avtomatlaşdırılmış idarəetmə sistemlərinin dizaynında standart bloklardan istifadə üçün təkliflər hazırlayıb və onların yaradılmasında iştirak etmək;
  • Avtomatlaşdırılmış idarəetmə sistemlərinin dizaynı və istismarı sahəsində dizayn təşkilatları tərəfindən hazırlanmış və digər müəssisələrdə fəaliyyət göstərən avtomatlaşdırılmış istehsal nəzarət sistemlərini öyrənmək;
  • Departamentdə iş axınının yaxşılaşdırılması işində iştirak etmək, avtomatlaşdırılmış istehsal nəzarət sistemində istifadə olunan texniki, təşkilati və inzibati sənədlərin məzmunu və quruluşu üçün tələbləri formalaşdırmaq;
  • Bütün alt sistemlər üçün təşkilati və texniki dəstəyi nəzərə alaraq avtomatlaşdırılmış idarəetmə sisteminin müəyyən edilmiş tapşırıqları barədə məlumatların işlənməsi üçün texnoloji sxemlər hazırlamaq;
  • Avtomatlaşdırılmış idarəetmə sistemlərindən məlumat istifadəsi üçün vəsaitlərin yaradılması və istifadəsi ilə bağlı tədris materialları, təlimatlar və digər texniki sənədlərin layihələrini hazırlamaq;
  • Gələn və gedən sənədlərə dizayner nəzarəti və dövri nəzarət həyata keçirmək;
  • Standart və qeyri-standart proqramları yazmaq, baş verən problemləri araşdırıb həll etmək;
  • Avtomatlaşdırılmış idarəetmə sistemi üçün məlumatların hazırlanmasında, lazımi sənədlərin hazırlanmasında və kompüter texnologiyası ilə işlənmiş məlumatların şifrəsinin açılmasında müəssisənin bölmələrinə metodiki kömək göstərmək;
  • Yeni texniki vasitələrin təyini və tətbiqi məsələlərində iştirak etmək;
  • Şirkətə məxsus bütün kompüterlərin və İT avadanlıqlarının sabit və daimi işləməsini təmin etmək;
  • Kompüter, Printer, İP telefon və digər avadanlıqları sazlamaq, əməliyyat sistemlərini yazmaq;
  • Texniki avadanlıqların və proqram təminatların quraşdırılması , konfiqurasiyası , diaqnostikası və sazlanmasını təmin etmək;

Tələblər

  • Təhsil: Müvaviq sahə üzrə ali təhsil;
  • Riyazi metodların, müasir kompüter texnologiyalarının, rabitə və rabitənin, iqtisadi kibernetika nəzəriyyəsini bilməli;
  • Sistem üzrə problemlərin araşdırılması və analiz etmək qabiliyyəti;      
  • Drayverlərin quraşdırılmasını və logların yoxlanılmasını bilmək;
  • Şəbəkə avadanlıqlarla işləmə bacarığı və administrasiya;
  • Ümumi komputer, İP şəbəkə, server əməliyyat sistemləri və elektron sistemlər üzrə biliklər;
  • Analitik düşüncə;



Vakansiya haqqında

Son tarix

April 29, 2025

Paylaşılıb

aprel 15, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat