Çeşidləmə parkının vaqonlarının hərəkət sürətinin tənzimləyiciləri arasında iş bölgüsü aparmaq, çeşidləmə zamanı onların işinə bilavasitə rəhbərlik etmək;
Hərəkətin təhlükəsizliyini, hərəkət tərkiblərinin və yüklərin qorunmasını, tənzimləyicilərin təhlükəsizliyini təmin etmək;
Tormoz başmaqlarının saz vəziyyətdə olmasını yoxlamaq, növbə üzrə tormoz başmaqlarının qeydiyyatını apamaq, nasaz tormoz başmaqlarının müvafiq işçi tərəfindən dəyişdirilməsi üçün tədbir görmək;
Stansiya yollarında lokomotivsiz dayanan qatar tərkibləri, vaqonlar və xüsusi hərəkət tərkiblərinin özbaşına hərəkətə gəlməməsinin qarşısını almaq üçün onları tormoz başmaqları və əl tormozları ilə bərkitmək;
Yollarda və yoldəyişənlərdə nasazlıq aşkar edildikdə stansiya növbətçisinə və ya təpə növbətçisinə dərhal məlumat vermək;
Park yollarında tormoz başmaqlarının qoyulması və götürülməsinin vəziyyətini tormoz başmaqlarının qeydiyyatı kitabında qeydiyyat aparmaq;
Posta məxsus olan inventarların və sənədlərin qorunmasını təmin etmək;
Manevr dispetçerinin, stansiya növbətçisinin və təpə növbətçisinin digər müvafiq göstərişlərini yerinə yetirmək.