AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis (Baş mexanik)

Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis (Baş mexanik)

04-07-2024

923

Bağlanılıb

Təsvir

"AQA Şirkətlər Qrupu" "Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis (Baş mexanik)" vakansiyasını elan edir:


Vəzifə öhdəlikləri:

  • İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin texniki hesablamalarının yoxlanılması;
  • Şirkət daxilində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı müntəzəm olaraq yoxlamaların həyata keçirilməsi;
  • Yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlərin verilməsi;
  • Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin düzgün yoxlanılması;
  • Havalandırma, isitmə və soyutma sistemlərinin güclərinin hesablanması və ərazinin sahəsinə uyğun rəy verilməsi;
  • Layihələrin yerinə yetirilməsi zamanı qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə nəzarət
  • Sifarişçilərin tələb və istəklərinə uyğun optilmal və iqtisadi səmərəli variantlar seçməklə layihələrinin hazırlanması
  • Bölmənin texniki nəzarətində olan bütün avadanlıqların texniki qulluq və periodik baxımlarının izlənməsi və təşkili.
  • Ciler(Chiller), Kondisionerlərin təmiri, quraşdırılması və texniki baxımı

Tələblər

  • Təhsili/ixtisası: Mühəndis sahə üzrə ali təhsil (Mexanika sahəsi üzrə)
  • İş təcrübəsi: Mexanika sahəsi üzrə ən az 5 il
  • Dil bilikləri: inglis dili, rus dili (üstünlükdür)
  • Kompüter bilikləri: Autocad, MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı


Əlavə məlumatlar:

Struktur bölmə: Texniki şöbə

İş rejimi: 5 gün, 09:00-18:00

İş yeri: Caspian Plaza


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiya haqqında

Son tarix

avqust 13, 2024

Paylaşılıb

iyul 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Tikinti və Daşınmaz əmlak