AQA Şirkətlər Qrupu

Sosial media mütəxəssisi

02-10-2024

465

Təsvir

“City finance” Bank Olmayan Kredit Təşkilatı MMC SMM vakansiyasını elan edir.


“City Finance” bank olmayan kredit təşkilatıdır. BOKT 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyətə başlayaraq müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir. “City Finance” uzun müddətli və aşağı faiz dərəcəli kredit təklifləri ilə bərabər rahat ödəmə üsulları da təklif edir. Şirkətin iş prinsipini müştəriyə yönəlik fəaliyyət, yüksek keyfiyyətli və daha sərfəli şərtlərlə xidmət etmək təşkil edir. 


Vəzifə öhdəlikləri:

  • Davamlı olaraq trendlərin izlənilməsi və aylıq kontent planın hazırlanması;   
  • Kontent plan üzrə paylaşımların vaxtında və düzgün qaydada edilməsi;
  • Sosial media səhifələrinin idarə olunması;
  • Müxtəlif paylaşım ideyaları üzrə briflərin hazırlanması;
  • Sosial media üzərindən gələn müraciətlərin cavablandırılması və yönləndirilməsi.


Tələblər

  • Ali təhsil;
  • Əla səviyyədə azərbaycan dili (əlavə dil biliyi üstünlükdür);
  • Araşdırma bacarığı;
  • Yaradıcı düşüncə qabiliyyəti;
  • Diqqətli və məsuliyyəti olmaq;
  • Komanda ilə işləmək bacarığı.


Vakansiya haqqında

Son tarix

noyabr 11, 2024

Paylaşılıb

oktyabr 2, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr