A
Ana səhifə
/
/
Dövlət qurumunda hüquqşünas

Dövlət qurumunda hüquqşünas

  • Tam ştat

30-09-2025

388

Təsvir

  • Cəmiyyətin daxili normativ sənədlərinin layihələrinin hazırlanması;
  • Aidiyyəti bölmələrin normativ və digər sənədlərinin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi və ümumi hüquqi dəstəyin təmin edilməsi;
  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizasının aparılması;
  • Dövlət orqanlarından, təşkilatlardan və vətəndaşlardan daxil olan sorğu və şikayətlərə cavabların hazırlanması;
  • Məhkəmə iddialarının, ərizələrin, həmçinin müəyyən məhkəmə işləri üzrə etiraz, vəsatət və şikayətlərin hazırlanmasının təmin edilməsi;
  • Cəmiyyətin məhkəmələrdə və aidiyyəti dövlət orqanlarında təmsil edilməsi.


Tələblər

  • Ali hüquq təhsili;
  • Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyi, həmçinin mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericilik üzrə yaxşı biliklərə malik olmalı;
  • İngilis dilini yaxşı səviyyədə bilməli (rus dilini bilmək üstünlükdür);
  • Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığına malik olmalı.

Vakansiya haqqında

Son tarix

October 30, 2025

Paylaşılıb

sentyabr 30, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq