Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Ana səhifə
/
/
/
Layihələrin idarə edilməsi üzrə baş mütəxəssis

Layihələrin idarə edilməsi üzrə baş mütəxəssis

Bu gün

5

Təsvir

  • Layihə idarəetmə standartlarına uyğun olaraq layihə idarəetmə çərçivəsinin tətbiqində və inkişafında iştirak etmək;
  • Təşkilat üzrə bütün layihələrdə vahid layihə idarəetmə yanaşmasının tətbiqinə nəzarət etmək;
  • Layihə sənədləri, prosedurlar, metodologiyalar və şablonların hazırlanması və təkmilləşdirilməsini həyata keçirmək;
  • Layihə komandalarına metodoloji dəstək göstərmək, mentorluq etmək və təlimlər keçirmək;
  • Lessons Learned sessiyalarını təşkil etmək və əldə olunan nəticələrin proseslərin təkmilləşdirilməsində istifadəsini təmin etmək;
  • Layihələrin performansını, risklərini və uyğunluğunu monitorinq etmək, rəhbərlik üçün müvafiq hesabatlar hazırlamaq;
  • İdarəetmə paneli (dashboard), icraedici hesabatlar və təqdimatlar hazırlamaq;
  • Rəhbərlik və dövlət qurumları üçün qısa, dəqiq və nəticəyönümlü təqdimatlar hazırlamaq və təqdim etmək;
  • Struktur bölmələr və maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək layihələrin təşkilati strategiyaya uyğun icrasını təmin etmək;
  • Çoxvendorlu layihələrdə beynəlxalq təchizatçılar, dövlət qurumları və daxili komandalar arasında koordinasiyanı həyata keçirmək;
  • Risk, dəyişiklik və problem idarəetmə proseslərini nəzarətdə saxlamaq;
  • Müqavilə şərtlərinin, satınalma mərhələlərinin və ödəniş proseslərinin icrasını izləmək;
  • Agile, Waterfall və Hybrid layihə idarəetmə metodologiyalarını tətbiq etmək və uyğunlaşdırmaq.

Tələblər

  • Ali təhsil (Biznesin idarəedilməsi, Layihə idarəetməsi, Mühəndislik, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə);
  • PMP sertifikatı (mütləq tələbdir);
  • PMI-ACP, SAFe, Scrum Master və ya digər Agile sertifikatları üstünlükdür;
  • Minimum 4-5 il layihə idarəetməsi və ya PMO sahəsində iş təcrübəsi;
  • Dövlət və ya korporativ mühitdə layihələrin idarə olunması üzrə təcrübə;
  • Böyükhəcmli və çoxvendorlu layihələrdə iştirak təcrübəsi;
  • Risk, problem və dəyişiklik idarəetməsi üzrə praktiki biliklər;
  • Güclü analitik düşüncə və qərarvermə bacarıqları;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Təqdimatların hazırlanması və təqdim edilməsi sahəsində təcrübə;
  • MS Project, Jira, Primavera, Asana və digər layihə idarəetmə alətləri üzrə yüksək səviyyədə bilik;
  • Teams, Google Sheets, Smartsheet və oxşar platformalarla işləmək bacarığı;
  • Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
  • Türk və Rus dillərini bilmək üstünlük hesab olunur.


Vakansiya haqqında

Son tarix

July 12, 2026

Paylaşılıb

iyun 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə