Unibank Kommersiya Bankı
Ana səhifə
/
/
/
Verilənlərin mühəndisliyi və platformaları şöbəsinin Müdiri

Verilənlərin mühəndisliyi və platformaları şöbəsinin Müdiri

Bu gün

2

Təsvir

  • Verilənlər mühəndisliyi və platformaları üzrə strategiyanın hazırlanması və icrasının idarə olunması;
  • Bölmənin fəaliyyət planının, prioritetlərinin, KPI-larının və inkişaf yol xəritəsinin (roadmap) hazırlanması və icrasının təmin edilməsi;
  • Bölmənin resurslarının, iş yükünün və risklərinin idarə olunması;
  • Verilənlər platformaları üzrə texniki istiqamətlərin və inkişaf qərarlarının formalaşdırılması;
  • Digər struktur bölmələr, məlumat sahibləri və maraqlı tərəflərlə koordinasiyanın təmin edilməsi;
  • Yeni texnologiyaların və həllərin araşdırılması, qiymətləndirilməsi və tətbiq imkanlarının müəyyənləşdirilməsi;
  • İşgüzar tələblərin analiz olunması və uyğun məlumat həllərinin təklif edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların və əməliyyatların icrasının təmin olunması;
  • Məlumat platformalarının (DWH, Data Lake, Data Mart və s.) idarə olunması və inkişaf etdirilməsi;
  • Verilənlərin toplanması, yüklənməsi, transformasiyası və saxlanması proseslərinin təşkil edilməsi;
  • ETL/ELT proseslərinin, məlumat boru xətlərinin (Data Pipelines) və məlumat inteqrasiyalarının idarə olunması;
  • Böyük həcmli məlumat emalı və məlumat axınlarının dayanıqlılığının təmin olunması;
  • Platformaların performansının, etibarlılığının və miqyaslana bilmə qabiliyyətinin izlənməsi və optimallaşdırılması;
  • Məlumat keyfiyyəti, validasiya və məlumat idarəetməsi yanaşmalarının dəstəklənməsi;
  • Analitika və Data Science komandaları üçün məlumat platformalarının və məlumat mühitlərinin təmin olunması;
  • Analitik məhsullar və model inteqrasiyalarının məlumat təminatı hissəsinin dəstəklənməsi;
  • Məlumat təhlükəsizliyi, giriş nəzarəti və uyğunluq tələblərinin nəzərə alınmasının təmin edilməsi;
  • Platformalarda monitorinq, xəta idarəetməsi və fasiləsiz fəaliyyətin təmin olunması.


Üstünlüklərimiz:


  • Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma imkanı;
  • Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.

Tələblər

  • Kompüter elmləri, məlumat mühəndisliyi, informasiya texnologiyaları, proqram mühəndisliyi və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr təhsili;
  • Verilənlərin idarə edilməsi, analitika, böyük verilənlər və ya platforma texnologiyaları üzrə əlavə sertifikatlar üstünlük hesab olunur;
  • Verilənlər mühəndisliyi, məlumat platformaları, DWH və ya analitika sahəsində minimum 5 il iş təcrübəsi;
  • Komanda idarəçiliyi və ya rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür;
  • Böyük həcmli məlumat sistemləri ilə işləmə təcrübəsi;
  • SQL və verilənlər bazaları üzrə dərin biliklər;
  • Python və ya Java proqramlaşdırma dillərindən ən azı biri üzrə biliklər;
  • ETL/ELT prosesləri və məlumat inteqrasiyası üzrə biliklər;
  • Data Warehouse, Data Lake və məlumat modelləşdirilməsi konsepsiyaları üzrə biliklər;
  • Böyük verilənlər texnologiyaları üzrə biliklər (Apache Spark, Kafka, Airflow və s.);
  • Məlumat platformalarının monitorinqi, performansın optimallaşdırılması və dayanıqlılıq yanaşmaları üzrə biliklər;
  • Məlumat təhlükəsizliyi və giriş nəzarəti prinsipləri üzrə anlayış;
  • Docker, Kubernetes və platforma texnologiyaları üzrə biliklər üstünlükdür;
  • Liderlik və komanda idarəetmə bacarıqları;
  • Analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Layihələrin planlaşdırılması və prioritetləşdirilməsi bacarığı;
  • Azərbaycan və ingilis dillərini bilmək mütləqdir, rus dili biliyi üstünlükdür;
  • Effektiv kommunikasiya və təqdimat bacarıqları.

Vakansiya haqqında

Son tarix

June 18, 2026

Paylaşılıb

may 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə