"Azərbaycan Hava Yolları" QSC
Ana səhifə
/
/
/
İnsan Resursları Biznes Partnyoru (HR Business Partner)

İnsan Resursları Biznes Partnyoru (HR Business Partner)

Dünən

494

Təsvir

  • Biznes funksiyalarının səmərəliliyini artırmaq məqsədilə vəzifələri və təşkilati strukturu layihələndirmək üçün funksiya rəhbərləri ilə əməkdaşlıq edilməsi;
  • İstedadların cəlb olunması üçün tələblərin qiymətləndirilməsi, uyğun namizədlərlə müsahibələrdə iştirak edilməsi, təyinatların verilməsi proseslərinə nəzarət edilməsi;  
  • Performansın idarəedilməsi sisteminə uyğun olaraq Partnyoru olduğu struktur bölmələrin əməkdaşlarının inkişafı üçün tələblərin müəyyənləşdirilməsi və inkişaf ehtiyacları ilə bağlı təhlilin düzgün aparılması üçün birbaşa rəhbərlərin istiqamətləndirilməsi;
  • İşçi saylarının ştat cədvəlində nəzərdə tutulmuş saydan artıq olmamasına nəzarət edilməsi, əmək haqqı təşəbbüslərinin layihələndirilməsi, icrası və idarə olunmasında iştirak edilməsi;
  • Struktur dəyişikliyi ilə bağlı sorğuların həll olunmasında iştirak edilməsi, təkliflərin verilməsi və sənədləşdirmə prosesində dəstək göstərilməsi;
  • İnsan resursları üzrə layihələrdə aktiv iştirak edilməsi, müvafiq proseslərin icrasına dəstək göstərilməsi və təyin edilmiş sahələr üzrə cavabdehliyin daşınması;
  • Komanda ruhunun yüksəldilməsi, iş fəaliyyətində effektivliyin artırılması, maddi və qeyri-maddi motivasiya sistemlərinin formalaşdırılmasında dəstək göstəriləməsi;
  • İşdən çıxan işçilərlə son müsahibələrin aparılması üzrə lazımi tədbirlər görülməsi.


Tələblər

  • Təhsili: Ali təhsil (İnsan Resursları, Biznes, İqtisadiyyat, İdarəetmə və digər əlaqəli sahələrdə)
  • İş təcrübəsi: İR transformasiya prosesləri üzrə (işə qəbul, fəaliyyətin qiymətləndirilməsi, təlim və inkişaf, güzəşt və mənfəət) ən azı 5 (beş) il;
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (sərbəst), Rus dili (arzuolunandır)
  • Komputer bilikləri: MS Office (Outlook, Word, Excel, PowerPoint) proqramlarında işləmə bacarığı
  • Qanunvericilik üzrə biliklər: AR Əmək Məcəlləsi;
  • Digər bacarıqlar: Güclü ünsiyyət və nitq bacarığı, innovativ düşünmə və özünü inkişafı təbliğ etmə bacarıqları.


İş şəraiti: 


  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu;


Vakansiya haqqında

Son tarix

December 17, 2024

Paylaşılıb

December 4, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər