Aztelekom MMC
Ana səhifə
/
/
/
Biznes Analitika (BA) Sektor Müdiri

Biznes Analitika (BA) Sektor Müdiri

Bu gün

140

Təsvir

Vəzifənin Məqsədi:

Biznes Analitika Sektoruna rəhbərlik edərək geniş miqyaslı data təhlilinin aparılmasını, KPI göstəricilərinin effektiv izlənməsini, strateji perspektivdən dəyərli, analitik məlumatların hazırlanmasını və şirkətin kommersiya və strateji hədəflərinə nail olmaq üçün proaktiv qərar dəstəyini təmin etmək.


Əsas öhdəlik və Məsuliyyətlər:

  • Müxtəlif mənbələrdən məlumatların toplanması, inteqrasiya və emalı prosesinə nəzarət etmək
  • Real vaxt rejimində əsas göstəriciləri izləmək üçün dashboard-ların və interaktiv hesabatların hazırlanmasına rəhbərlik etmək
  • KPI-lər əsasında müxtəlif şöbələrin, məhsul və xidmətlərin effektivliyini ölçmək və optimallaşdırma istiqamətlərini müəyyən etmək
  • Performans göstəricilərinə əsasən tənzimləyici və inkişafedici tədbirlər planı hazırlamaq
  • Daxili və xarici bazar meyillərini, rəqiblərin fəaliyyətini və sektor tendensiyalarını izləyərək strateji qərarverməni dəstəkləmək
  • Riskləri və imkanları vaxtında aşkarlamaq üçün genişmiqyaslı data təhlillərini təşkil etmək və strategiya ilə bağlı təkliflər vermək
  • Rəqabət mühitində çevik qərar vermək üçün analitik alətlərin tətbiqini təşviq etmək
  • Şirkətin biznes hədəflərinə uyğun qərar qəbulu prosesində rəhbərliyə davamlı dəstək göstərmək
  • Şöbə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq digər müvafiq işləri icra etmək

 

Tələblər

Tələb Olunan Təhsil və Təcrübə:


  • Biznes, İqtisadiyyat, Kompüter elmləri və ya oxşar sahə üzrə Bakalavr və ya Magistr dərəcəsi. Telekommunikasiya sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Biznes Analitika, Data Təhlili və ya bənzər sahədə minimum 3 il iş təcrübəsi, ən azı 1 il rəhbərlik təcrübəsi
  • Data təhlili alətləri (Python, R, SQL, BI platformaları, vizuallaşdırma vasitələri) sahəsində dərin bilik.
  • Yüksək səviyyədə Excel ilə işləmək qabiliyyəti
  • “Storytelling with Data” üsulu ilə PowerPoint təqdimatlarını hazırlamaq bacarığı.
  • KPI-lərin hazırlanması, performansın ölçülməsi və strategiyanın formalaşdırılması üzrə təsdiqlənmiş təcrübə
  • Telekommunikasiya sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək
  • Yüksək səviyyədə İngilis dili biliyi


Əsas Bacarıqlar:



  • Liderlik və komanda idarəçiliyi
  • Strateji düşüncə və analitik bacarıqlar
  • Əla ünsiyyət və təqdimat bacarıqları
  • Layihə idarəetməsi və çoxsaylı tapşırıqlarla işləmə qabiliyyəti
  • Problemin həlli və qərar qəbul etmə

Vakansiya haqqında

Son tarix

mart 3, 2025

Paylaşılıb

yanvar 22, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik